Dünya

Ermənistandan Rusiyaya tərs şillə - Ölkəyə buraxmadı - FOTO

3 İyul 2025 10:14
Baxış: 3 178
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ermənistan iyulun 2-dən etibarən Rusiyanın "Əsl Dondurma Zavodu" tərəfindən istehsal olunan "Korovka" brendli dondurmaların ölkəyə idxalını müvəqqəti dayandırıb.

Milli.Az xəbər verir ki, qərar məhsulda koliform bakteriyalarının normadan artıq çıxması ilə əsaslandırılıb.

Qida Təhlükəsizliyi Xidmətinin məlumatına görə, "Eskimo plombir vanilli, şokoladlı krem qlazurunda" adlı məhsul Gömrük İttifaqının texniki reqlamentlərinə uyğun gəlmir. Problemli partiyalarla bağlı satışın dayandırılması, geri çağırılması və məhv edilməsi qərara alınıb.

Bundan əvvəl Rosselxoznadzor da iyunun 27-dən Ermənistandan Rusiyaya kəsilmiş güllərin idxalına nəzarəti sərtləşdirib.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.