Ölkə

Bakıda 14-cü mərtəbədən yıxılaraq sağ qalan qızın SON DURUMU

3 İyul 2025 11:50
Baxış: 974
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda 14-cü mərtəbədən yıxılaraq sağ qalan qızın vəziyyəti ağır qiymətləndirilir.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd bildirib.

O qeyd edib ki, 2008-ci il təvəllüdlü şəxs (qadın cinsli) bədənin müştərək travmaları diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qəbul olunub.

"Xəstəyə zəruri tibbi yardımlar göstərildikdən sonra Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda koma vəziyyətindədir, süni ventilyasiya aparatına qoşulub, vəziyyəti ağır qiymətləndirilir",- deyə R. Məmməd əlavə edib.

Qeyd edək ki, Bakıda 17 yaşlı qız 14-cü mərtəbədən yıxılıb.O, Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.