Ermənistan

Ermənistanda siyasi gərginlik artdı – deputat Paşinyanı dövlətə xəyanətdə ittiham edir

3 İyul 2025 11:11
Baxış: 728
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistan parlamentinin deputatı, sabiq prezident Serj Sərkisyanın tərəfdarlarından biri olan Ayk Mamicanyan Baş nazir Nikol Paşinyanı sərt şəkildə tənqid edib.

Milli.Az xəbər verir ki, deputat bildirib ki, Paşinyan Ermənistanın xarici və daxili siyasətində uğursuzluqlara yol verib, müharibə nəticəsində beş minə yaxın gəncin həyatını itirməsinə səbəb olub, Qarabağdan ermənilərin köçməsinə zəmin yaradıb, dövlət institutlarının nüfuzuna xələl gətirib və Erməni Apostol Kilsəsi ilə münasibətləri pozub. Mamicanyan onun impiçment proseduru ilə vəzifəsindən kənarlaşdırılacağını iddia edib, lakin konkret tarix açıqlamayıb.

O, həmçinin Paşinyanın "Ermənistan Elektrik Şəbəkələri" QSC-nin əməkdaşlarını siyasi proseslərə qatılmaqdan çəkindirməsi ilə bağlı açıqlamasını da tənqid edib. Deputatın sözlərinə görə, Baş nazir bu şirkətin sahibi, Rusiyanın "Tashir" holdinqinin rəhbəri Samvel Karapetyan və digər nüfuzlu erməni iş adamlarından ehtiyat edir.

Mamicanyan, Paşinyanın gələcəkdə uzun müddət həbsdə qalacağını da iddia edib.

Asya
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.