Cəmiyyət

Gəncənin tarixi yaşı 3 min deyil 5-6 min il əvvəldən xəbər verir

28 Dekabr 2012 17:30
0 Şərh     Baxış: 282
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
"Gəncədə və Gəncə ətrafı ərazilərdə bu günə kimi aparılan arxeoloji qazıntılar, elmi tədqiqatlar bölgənin tarixinin, mədəniyyətinin üzə çıxarılmasında az rol oynayıb". Bu fikirləri səsləndirən Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin direktoru Fuad Əliyev şəhərin yaşının 3 min deyil daha qədim zamanlara dayandığını bildirib. Bölmə direktoru bunun üçün ciddi araşdırmaların və arxeoloji qazıntıların aparılmasını vacib sayır.

Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, Gəncədə ilk dəfə arxeoloji qazıntılar və bu sahədə olan elmi tədqiqatlar Almaniyadan olan Hummer qardaşları tərəfindən aparılıb. Daha sonra Gəncənin tarixinin, mədəniyyətinin, etnoqrafiyasının və coğrafi ərazisinin müəyyən olunması üçün bir neçə dəfə ekspedisiya təşkil olunsa da, ərazidə az elmi tədqiqatlar aparılıb. Bu da şəhərin hələ neçə min illik tarixinin açılmayan səhifələrindən xəbər verir. Hazırda Gəncənin tarixi, etnoqrafiyası ilə bağlı 30 mindən artıq eksponat aşkar olunub və şəhərin tarixi 3 min illə dəyərləndirilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.