Uşaqlara oynamaq, gülmək, şıltaqlıq etmək yaraşsa da, onların da qəlbi qırılır, onlar da kədərlənir, nədənsə narahatlıq hiss edir, depressiyaya düşürlər. Psixoloqların fikrincə, bu səbəbdən də uşaqlara qarşı çox diqqətli olmaq lazımdır. Belə ki, onlar dərdlərini anlada bilmir, valideynlər isə çox vaxt uşaqların üzüntülərinə, gizli keçirdikləri həyəcanlara ötəri yanaşır, uşaqların başını oyuncaq və əyləncələrlə aldadırlar.
Psixoloq Səbinə Ağayevanın sözlərinə görə, nə qədər təəccüblü olsa da, uşaqlar da depressiya keçirirlər. "Balaca uşaqlara anasından ayrılmaq çox pis təsir edə bilər. Belə ki, körpəlikdən etibarən diqqətsiz qalan, ehtiyacları təmin olunmayan, stres altında olan uşaqlar daha çox depressiyaya düşürlər. 5 yaşdan yuxarı uşaqlara valideynlərin mübahisə etməsi, boşanma, 7 yaşından başlayaraq isə məktəbdə qarşılaşdıqları problemlər depressiyaya səbəb ola bilər. 7 yaşdan yuxarı olan uşaqlar məktəb və ya sinfini, yaşayış yerini dəyişdirəndə dostları ilə ünsiyyətə girə bilmədikdə, dostları ilə dalaşanda depressiyaya düşürlər".
O əlavə edib ki, xüsusilə də depressiyaya kimsəsiz uşaqlar, uşaq evlərində, internatlarda olanlar düşürlər. Belə ki, valideynlərin diqqətsizliyi ilə yanaşı, kobud rəftar, yetərincə qayğının olmaması, valideynlərin hirsli və qəzəbli olması, pis həyat sürməsi də uşaqlara təsir edir.
Psixoloqa görə, boşanmalar zamanı elə olur ki, tərəflər razılığa gəlmir və uşağı valideynlərdən biri o birindən uzaqlaşdırmağa, ona göstərməməyə çalışır. "Tərəflər ayrıldıqdan sonra öz hisslərini düşünərək uşaqlarını valideyni ilə ünsiyyətə girməyə qoymurlar. Bu isə uşaqların depressiyaya düşməsinə səbəb olur. Uşaqlar anasından uzun müddət ayrı qaldıqda və ya tamam ayrıldıqda da depressiya keçirirlər. Ana ilə ayrılığın ilkin mərhələlərində uşaqlar əsəbi və narahat olurlar. Ananı geri gətirməyə səy göstərir, bu alınmadıqda isə ümidini itirən uşaqlar qəmli və sakit olur, tez-tez ağlayırlar".
S.Ağayeva qeyd edib ki, adətən uşağın depressiya keçirməsindən xəbərsiz olan valideynlər onu özünü yaxşı aparmadığı üçün daha da çox danlayırlar. "Xüsusilə də valideynləri tez-tez dalaşan uşaqlar depressiyaya düşürlər. Onlar baş verənləri anlayır, lakin bunun səbəblərini başa düşə bilmirlər. Çox vaxt uşaqlar baş verən xoşagəlməz hadisələrə görə, özlərini də günahkar hiss etməyə başlayırlar. Uşaqlar depressiyaya düşməsin deyə valideynlər uşaqların qəlbinə toxunacaq davranışlarından qaçmalıdırlar. Ona görə ki, uşaqlıqda alınan psixoloji zərbələr bütün həyatı boyu insanları izləyir" deyən psixoloq əlavə edib ki, uşaqların depressiya keçirdiyini müəyyən etmək çox çətindir. Çünki onlar dərdini, həyəcanını izah edə bilmirlər. Uşaqlar çox vaxt qorxudan, narahatlıq hissindən ağlayırlar. "Valideynlər isə uşağı oynadır, oyuncaq verir, əyləndirirlər. Bununla da valideynlər uşağın narahatlıq hissinin keçəcəyini fikirləşirlər. Lakin valideynlər uşağın tez-tez ağlamağına, səbəbsiz yerə narahatlıq keçirməsinə, utancaq olmasına, baş ağrısından, qarın ağrısından şikayət etməsinə, özünü günahlandırmasına, yuxusuz qalmasına, tək yatmaqdan imtina etməsinə, qorxulu yuxular görməsinə qarşı diqqətli olmalıdırlar".
Həmsöhbətimizin dediyinə görə, depressiya keçirən uşaqlarda istər-istəməz qəzəb, hirs də çoxalmağa başlayır. Belə uşaqlar hər şeydən tez küsür, ya çox sakit, ya da çox enerjili özlərini aparırlar. Onlar valideynlərinin sözlərinə baxmır, həddindən artıq özlərini pis aparmağa başlayırlar. "Əgər fikir vermisizsə, bəzi uşaqlar ağlayaraq valideynlərdən nəyisə tələb edirlər. Onlarin nəyisə istəməsi, tələb etməsi normal bir uşağın istəməsindən çox fərqlənir. Belə ki, özünü normal hiss edən uşaq bir müddət istədiyi bir şeyi təkid etsə də, alınmadıqda bu fikrindən yan keçir. Depressiyadakı uşaq isə hətta ona lazım olmayan bir şeyi uzun müddət ağlayaraq tələb edir. Onu sakitləşdirmək ya olmur, ya da çox çətinliklə buna nail olunur".
Depressiyanın uşaqların sosial aktivliyinə də mənfi təsir etdiyini deyən psixoloq nəzərə çatdırır ki, yeniyetmələrdə depressiyalar daha çox olur. "Uşaq və yeniyetmələr ətrafdakılarla mübahisələrə girir, məktəbə getmir, dərslərini pis oxumağa başlayır. Depresiyaya görə, uşaqlar siqaret çəkməyə və spirtli içkilər içməyə, hətta digər uşaqlara da bunu təklif ettməyə başlaya bilərlər".
Onun dediyinə görə, depressiyaya düşən uşaqlar yaşamaqdan belə imtina edirlər. "Uşaqlar bəzən ölüm haqqında da danışa bilərlər ki, bu da diqqətli olmaq üçün valideynlərə işarədir. Ümumiyyətlə, uşaqlardan onların intihar haqda düşüncələrinin olması, özlərinə zədə verməsi barədə soruşmaq lazımdır".
"Ekspress" qəzeti
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Uşaqları depressiyaya salan kimdir?
2 Noyabr 2012 14:23
0 Şərh
Baxış: 1 249

DİGƏR XƏBƏRLƏR
-
Dövlət Xidmətinin sabiq rəisinə hökm oxundu
-
Küləkli hava şəraiti nə vaxta kimi davam edəcək?
-
"JEK nə xidmət göstərir ki, biz pul ödəyirik?" - Yasamal sakinləri narazıdır
-
"Tarqovu"da qəribə görüntü: hər kəsin gözü önündə... - VİDEO
-
Aytəkin Alxaslı yenə YIXILDI: bu dəfə "hücum"a məruz qaldı - VİDEO
-
Şəhid xanımı ali məktəbdən məzun oldu - FOTO
XƏBƏR LENTİ
-
Rusiya-Ermənistan iqtisadi münasibətlərində böyük təhlükə
-
İnsan əbədi yaşaya bilərmi? - Mümkün ola bilər, amma əsas şərt var
-
Yayda makiyajın uzun müddət qalması üçün bu sirləri bilməlisiz
-
Sevilən cütlük boşanır? - Qala gecəsinə gəlmədi...
-
Bitki çaylarında ölümcül təhlükə – Nazirlik hərəkətə keçdi
-
Ən uzun batareya ömrünə malik telefon markaları - SİYAHI
-
Albalı-qırmızı rəngli dodaq boyası kimlərə yaraşır?
-
“Çəkiliş üçün 20 min manat istəyirəm”
-
12 gündə İsrailə atılan raketlərin sayı açıqlandı - Neçə nəfər ölüb?
-
Günün qoroskopu: Sağlamlıqla bağlı kiçik narahatlıqları nəzərə alın
-
Qaani sağ imiş
-
Fransa nəhəngi aşağı liqaya yuvarlandı
-
Netanyahu: İsrail "tarixi qələbə" qazanıb
-
Təranənin qızının göz yaşları sel oldu - "Anam azadlığa..." - VİDEO
-
Almaniya klubu Mahir Emrelinin transferini rəsmən açıqladı - FOTO
-
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
-
İran körfəzində gərginlik: Hörmüzdən neft tranziti üçün yeni risklər
-
İran hava məkanını açdı
-
Azərbaycanda ölüm riskli xəstəliklər icbari tibbi sığortaya daxil edilir - VİDEO
-
Binaların tikintisi üçün yeni qaydalar qəbul edildi
-
“Fortepiano üçün ədəbi etüd” ədəbi müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib - FOTO
-
Nazpərinin qəribə hobbisi
-
“Atəşkəs qüvvədə qalır”
-
Sovet dövrünün adamları niyə çox yaşayırlar?