Hamımız gündəlik işlətdiyimiz ərzaq mallarının - yağın, düyünün, ətin, xamanın köhnəlib, keyfiyyətini itirdiyi barədə bilirik. Bəs şəkər tozu və ya qəndin necə, müəyyən istifadə müddətinin olduğunu, düzgün saxlanılmadığı və standartlara uyğun istehsal edilmədiyi təqdirdə keyfiyyətsizliyi barədə eşitmisinizmi? Şəkər tozu və qənd alarkən nəyə diqqət etmək lazım olduğunu bilirsinizmi?
Kimyəvi tərkibinə görə təmiz saxarozadan ibarət olan şəkər insan orqanizmində 95%-dən çox mənimsənilir. Şəkərin istehsalı üçün əsas xammal kimi şəkər qamışı və şəkər çuğunduru istifadə olunur. Dünya üzrə istehsal olunan şəkərin 45%-i şəkər çuğundurundan, 55%-i isə şəkər qamışından alınır.
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən bildirilir ki, kimya sənayesində şəkərdən müxtəlif törəmələr alınır. Sonra həmin törəmələrdən müxtəlif sahələrdə, o cümlədən, plastmas, əczaçılıq preparatları, dondurulan qida məhsullarının istehsalında istifadə olunur. Məlumatda vətəndaşlara şəkər və şəkər tozu alarkən diqqətli olmaq məsləhət görülür. Bildirilir ki, şəkər tozunun keyfiyyəti kristalların quruluşuna, xarici görünüşünə, rənginə, dadına, iyinə, həll olmasına və kənar qatışıqların olmasına görə müəyyən edilir. Belə ki, şəkər tozu quru, dənəvər olmaqla, ələ yapışmamalı, kristallarının həcmi 0,2-2,5 mm olmalıdır.
Suda tam həll olub, çöküntü verməməli olan bu məhsulların rəngi ağ, sarımtıl, parıltılı olmalı, dadı təmiz şirin olmaqla kənar dad və iyi verməməlidir. Bu məhsullar qablaşdırıldıqdan sonra mütləq markalanmalıdır. Markalanmada istehsalçı müəssisənin adı, əmtəə nişanı, tərkibi, saxlama və yararlılıq müddəti, xalis çəkisi, kalorililiyi və s. əksini tapmalıdır.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun dediyinə görə, 50 ilə yaxındır ki, cəmiyyətdə qənd istehsalında heyvan sümüyündən istifadə olunması barədə fikirlər dolaşır. "Sovet dövründə heyvan sümüyü toplamaqla məşğul olan xüsusi dəstələr vardı. Onlar heyvan sümüyü toplayan uşaqlara hədiyyə verdiklərindən, uşaqlar bu işə daha çox maraq göstərirdilər", - deyən müsahibim bildirir ki, heyvan sümüyü qəndə möhkəm və ağır çəkili olması üçün qatılır. Onun sözlərinə görə, qənd şəkər qamışı və şəkər çuğundurundan hazırlanmalı olsa da, Azərbaycanda qəndi şəkər tozundan hazırlayırlar. Şəkər tozundan hazırlanan qənd yumşaq və tez əriyən olduğu üçün onu bərkitmək məqsədilə müxtəlif arzuolunmaz maddələr qatılır.
"Təəssüflər olsun ki, biz qəndin tərkibinə qatılan maddələrin nə olduğunu bilmirik", - deyən AİB sədri qəndə qatılan heyvan sümüklərinin xəstə heyvanlara aid olacağını da istisna etmir. Dediyinə görə, bu da öz növbəsində insan orqanizmi üçün ciddi təhlükə mənbəyidir. Hüseynov əsasən də mağazalarda "kəllə qənd" adı altında satılan qəndlərin tərkibinin müəmmalı olduğunu bildirib.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidməti Fazil Talıblının verdiyi məlumata görə, ölkədə qənd istehsalı qüvvədə olan dövlətlərarası standart - " QOST 22-94 "Saxar-rafinad. Texniçeskiye usloviya" standartının tələblərinə uyğun tənzimlənir. Standarta əsasən, rafinə olunmuş qənd texniki instruksiyalara əməl olunmaqla mövcud tələblərə uyğun, müəssisədə sanitar norma və qaydalara riayət olunmaqla istehsal olunmalıdır. İstehsal xüsusiyyətinə görə rafinə olunmuş qənd preslənmiş, rafinə olunmuş şəkər tozu-qənd və rafinə olunmuş pudra növlərinə bölünür. "Rafinə olunmuş qəndin orqonoleptik xüsusiyyətləri - dad və qoxusu şirin, əlavə tamsız, quru halında olduğu kimi sulu məhlulda da eyni qoxu və dad verməlidir. Rəngi isə ağ, təmiz, ləkəsiz olmalıdır".
F.Talıblı bildirir ki, standartda rafinə olunmuş qəndin fiziki-kimyəvi, mikrobioloji göstəricilərinə olan tələblər əks olunub. Standarta əsasən rafinə olunmuş qəndin tərkibində bağırsaq çöplərindən olan bakteriyalara, eləcə də patogen mikroorqanizmlərin olmasına yol verilmir. Standartda məhsulun qabaşdırılmasına, markalanmasına, daşınmasına və s. olan tələblər də var.
Komitə sözçüsünün dediyinə görə, ölkədə istehsal olunan məhsulların keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarəti tədbirləri davam etdirilir. F.Talıblının bildirdiyinə görə, SMPDK yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti 17 qənd və şəkər tozu istehsal edən təsərrüfat subyektində dövlət nəzarəti həyata keçirib ki, onlardan 12-də bir sıra nöqsanlar qeydə alınıb. "Əsas nöqsanlar sanitar norma və qaydalara əməl edilməməsi, nəticədə antisanitariya şəraitinin yaranması, texnoloji reqlamentə riayət olunmaması, hazır məhsulun qablaşdırılmasında özünü göstərib. Bunlardan 4 təsərrüfat subyektində istehsal fəaliyyəti tam dayandırılıb. Həmin müəssisələrə ümumilikdə 7500 manat miqdarında cərimə tətbiq edilib".
"Ekspress" qəzeti
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Qəndin içində heyvan sümüyü?
4 Oktyabr 2012 13:47
0 Şərh
Baxış: 3 356

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Azərbaycanda ən çox qazanan müğənnilər - SİYAHI
-
İran İsrail zərbələri fonunda neft ixracını artırır
-
Ürək-damar xəstəlikləri üçün gözlənilməz risk faktoru açıqlandı
-
Stress yuxunu və yaddaşı necə pozur?
-
Alimlər əvvəllər məlum olmayan gen tapdı
-
Alimlər yırtıcıların ölümcül virusları yarasalardan insanlara necə ötürdüyünü aşkar etdi
-
Kimlərə şokolad olar, kimlərə isə olmaz?
-
Sonsuzluğa səbəb nədir?
-
“Liverpul”un 150 milyon avroluq transferi
-
“Bütün Ukrayna bizimdir” - Putin
-
İsraildən şok XƏBƏRDARLIQ: “Kameraları söndürün, İran izləyir”
-
Günün qoroskopu: Dəqiqlik vacibdir
-
İran və ABŞ arasında hansı danışıqlar baş verib?
-
Ərdoğan Paşinyanla nə danışıb? - yenilənib
-
İsti havalarda necə qidalanmalıyıq? – Həkimdən vacib tövsiyə
-
Eskalatorlar niyə işləmir? - QURUMDAN AÇIQLAMA
-
Ermənistan hava məkanını Rusiyaya bağlaya bilər
-
İranda güclü zəlzələ oldu
-
Rusiya bazası Ermənistandan çıxarılır? - Zaxarovadan AÇIQLAMA
-
Abşeronda axund Quran kursuna gələn 16 yaşlı qızı qaçırdı
-
İrana qarşı hərbi qərar iki həftə ərzində verilə bilər
-
"Anam niyə ailəmə müdaxilə etməsin?"
-
Paşinyan Türkiyədə məscidə getdi - VİDEO
-
"Qarabağ" daha bir braziliyalını transfer etdi