Bu gün dünya mətbuatında ən mübahisəli məsələlərdən biri də evtanaziya ilə bağlıdır. Evtanaziyaya münasibət dünyada olduğu kimi Azərbaycanda da birmənalı deyil. Belə ki, ağır xəstələrin bu yolla ölməsinin lehinə və əleyhinə olan insanların sayı kifayət qədərdir.
Bəziləri bunu intihardan fərqlənmədiyini desə də, kəskin ağrılardan əziyyət çəkib, yaxınlarına və özünə əzab verməkdənsə ölməyi üstün tuturlar. Əslində evtanaziya nədir? Tibbdə və dində və ən əsası qanunla hansı hallarda evtanaziyaya icazə verilir. Anspress araşdıraraq bu sualara cavab tapdı.
Evtanaziya nədir?
Evtanaziya ağır, sağalmaz vəziyyətdə olan xəstələrin öz istəyi ilə həyatlarına son qoyulmasıdır. Bu termin "asan ölüm" kimi ilk dəfə XVI əsrdə elmə gətirilib.
Evtanaziya dedikdə, ilk olaraq ağıla erməni Cek Qevorkyan gəlir. Belə ki, ABŞ-da "ölüm həkimi" ləqəbini qazanmış bu erməni evtanaziya yolu ilə 130 adamı "o dünyalıq" edib. C.Qevorkyan bulvar qəzetlərinin birində belə bir elan verib: "Əgər ağrısız ölmək istəyirsinizsə, mən sizə yüngül ölüm hədiyyə edəcəyəm". O, 130 amerikalını bu yolla öldürüb. Təbii ki, ABŞ-ın həkim ictimaiyyəti C.Qevorkyanın əməllərindən xəbər tutduqdan sonra onu həkimlikdən məhrum da edib. Ən dəhşətlisi odur ki, müstəqil araşdırmaçılar ermənin evtanaziya yolu ilə öldürdüyü insanların dörddə birinin heç də sağalmaz xəstəliklərdən əziyyət çəkmədiklərini müəyyənləşdiriblər. Belə çıxır, C.Qevorkyan xəstəliklərindən məyusluğa düçar olmuş insanların dərdinə əlac tapmaq əvəzinə onları, sadəcə, öldürüb. Uzun sürən məhkəmə prosesi C.Qevorkyanın 25 il azadlıqdan məhrum olunmasıyla yekunlaşıb.
Evtanaziya ilk dəfə 1984-cü ildə Niderlandda leqallaşdırılıb. Dünyadakı ilk belə xidmət göstərən klinika da məhz Hollandiyada açılıb. Evtanaziya dərnəyinin rəhbəri tibbi cəhətdən müalicəsi olmayan 18 yaşdan yuxarı xəstələrin müraciətlərini nəzərə alacaqlarını deyib: "İlk olaraq öz həkimi, xəstəxana, psixiatrı ilə görüşmələrdən sonra ölümü gerçəkləşdiririk".
Avropada Belçika, Hollandiya, Lüksemburq və İsveçrədə evtanaziya haqqında qanun qəbul edilib.
Azərbaycanda isə tibb işçilərinə ölümün tezləşdirilməsi haqqında (evtanaziya-red.) pasiyentin özünün, onun qohumlarının və ya maraqlarının təmsil edən şəxslərin xahişini yetirmək qadağan olunacaq. Bu, "Pasiyentin hüquqları haqqında" qanun layihəsində öz əksini tapıb.
Milli Məclisin deputatı, sosial siyasət komitəsinin üzvü Məlahət İbrahimqızı açıqlamasında şəxsən evtanaziyanın əleyhinə olduğunu deyib. Onun sözlərinə görə, qanun layihəsi hazırlanıb və parlamentin müzakirəsinə buraxılacaq: "Ən ağır vəziyyətdə belə insanın iynə, dərmanla öldürülməsinin əleyhinəyəm, bunu mən edə bilmərəm. Mən əfv komissiyasının üzviyəm, biz ölüm hökmünü ləğv etdik. Bəzən elə cinayətkarlar olur ki, onların törətdiklərini əməllərlə tanış olarkən insanın ürəyi partlayır, insanlıqdan utanırsan, dəhşətə gəlirsən ki, insan bunu nece edə bilər. O anda insan elə duyğular keçirir ki... Belə insanları ən ağır işgəncə ilə öldürmək lazım gəldiyini düşünürsən. Ancaq yenə də düşünürsən ki, onu Allah yaradıb, canını da O alacaq".
Din "asan ölüm"ə nə deyir?
Ölkəmizdə bu yolla ölməyə qarşı çıxanların sayı daha çoxdur. Evtanaziyaya qarşı çıxanlar fikirlərini Azərbaycanın müsəlman ölkəsi olması və İslam dininə görə, insanın Allah tərəfindən yaradıldığı üçün canını yalnız onu verən Allahın ala biləcəyini əsas gətirirlər. İlahiyyatçı İsmayıl Əhmədov açıqlamasında tibbin inkişaf etdiyi dövrdə insanın sağalmaz xəstələrin əziyyət çəkməsinin qarşısını almaq üçün müxtəlif üsullardan istifadə edilə biləcəyini deyir: "Ağrıkəsicilər, narkozlar, keyidici vasitələr var. Onlardan istifadə edib xəstənin kəskin ağrılarının qarşısını almaq, onları azaltmaq olar. Dövlət vətəndaşının qeydiyyatına qalaraq, onu bu addımı atmağa qoymamalıdır".
Lakin dində bununla bağlı nadir hallarda istisna hal da var. Məsələn, əgər hər hansı xüsusi vəziyyət yaranarsa, yəni ağır sağalmaz xəstənin xəstəliyinin başqalarına yoluxdurmaq riski varsa, istisna kimi bu addımı atmaq olar: "Amma evtanaziyanın kütləvi hal almasına qətiyyən yol vermək olmaz. Bu zamanda məsuliyyət onun yaxınlarının üzərinə düşür".
İntihar etmək haram olduğu kimi bir şəxsin özünün öldürülməsini tələb etməsi və belə bir tələbi yerinə yetirmək də haramdır. İlahiyyatçının sözlərinə görə, evtanaziyaya hər necə don geyindirilsə belə, bu, intihar sayılır. İsmayıl Əhmədov belə bir insanı öldürənlərlə sağlam bir insanı öldürən arasında fərq qoymur: "Xəstəlik, çətinlik və acı hadisələr insanların sınanması, imtahanıdır. Quranda da "Allah səbr edənlərlədir", - deyilir (Bəqərə, 2/153).
Tibbi eksperti, tibb elmləri doktoru Adil Qeybulla da evtanaziyanın Azərbayacanda həyata keçirilməsi ehtimalına aydınlıq gətirib. Onun sözlərinə görə, "ölüm haqqı" müzakirəyə açıq məsələdir: "Düzdür, Avropanin bir neçə ölkəsində bununla bağlı müsbət qərarlar qəbul olunub. Amma hesab edirəm ki, Azərbayacanda bu məsələ ilə bağlı xeyli götür qoy olmalıdır. Evtanaziyanın yalnız və yalnız peşəkarlığı yüksək səviyyədə olan, tam islahatlar keçirilmiş səhiyyədə tətbiq edilməsi daha məqsədəuyğundur".
Səhiyyə islahatları başa çatmamış, mülkiyyət formaları tam formalaşmamış, icbari sığorta sistemi axsayan ölkələrdə isə evtanaziyanın tədbiqi problemlər yarada bilər. Məhz buna görə də A.Qeybulla səhiyyə islahatları başa çatmadan evtanaziya məsələsinin Azərbaycanda müzakirəsini tez və yanlış hesab edir.
Tibb eksperti xaricdə xostislər - yəni xüsusi təyinatlı xəstəxanaların olduğunu, belə müəssisələrdə ağır, müalicəsi olmayan xəstələrin saxlandığını və onların ömrünün sonuna qədər orada qaldıqlarını bildirir. Belə xəstəxanalarda fəaliyyət göstərən yüksək peşəkarlığa malik tibbi personal var. Onlar xəstələrə lazım olan ağrıkəsicilər, dərmanlar verir, tədbirlər görürlər ki, həyatlarının qalan hissəsinin keyfiyyətini nisbətən yaxşılaşdırsınlar.
Bir neçə il sonra gündəmə gəlsə belə, tibb eksperti bu məsələnin referenduma çıxarılmasının tərəfdarıdır. Bu tək bir nazirliyin və ya idarənin qərarı ola bilməz. Ekspert belə qərarın məsuliyyəti ilə hamının bölüşməli olduğunu düşünür.
Psixologiyamız buna hazırdırmı?
Biz evtanaziayaya psixoloji cəhətdən də hazır deyilik. A.Qeybullada mənəvi, mentalitet, psixologiyadan irəli gələn məsələlər həllini tapmayana kimi adıçəkilən məsələnin tədbiqinin xeyli anormallıqlar yarada biləcəyini deyir. Bu həlli və tətbiqi elə də asan olan məsələ deyil. "Evtanaziyanın həyata keçirilməsi üçün xeyli mexanizm və sistemlər lazımdır", - deyə elmlər doktoru qeyd edib.
Bizim psixoloji cəhətdən evtanaziyaya hazır olmadığımızla Regional Psixologiya Mərkəzinin baş psixoloqu Dəyanət Rzayev də razılaşır. Psixoloq açıqlamasında əslində evtanaziyanın normal proses olduğunu hesab edir: "Biri var ki, insan özünü öldürür, biri var ki, kimsə onun istəyi ilə onun öz həyatına son qoyur. Mən düşünürəm ki, evtanaziya azərbaycanalıların psixologiyasına ziddir və yaxın 50 il ərzində onu reallaşdırmaq mümkün olmayacaq".
Psixoloq tamamilə əmindir ki, Azərbaycanda evtanaziyaya rəsmi icazə verilməsi belə və belə klinikalar yaradılsa da, heç bir azərbaycanlı ora müraciət etməyəcək: "Kimsə evtanaziya olmaq istəsə belə buna onun yaxınları imkan verməyəcək. Biz müşahidə etmişik ki, bəzən yaxınları can üstündə olan xəstənin üstünə həkim gətitirlər ki, onun ömrünü heç olmasa bir neçə saat uzatsınlar. Biz azərbaycanlılar öz yaxınlarımızdan ayrılmaq istəmirik".
Milli.Az
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Evtanaziya: ona nə dərəcədə hazırıq? - ARAŞDIRMA
20 Sentyabr 2012 20:51
0 Şərh
Baxış: 18 195

DİGƏR XƏBƏRLƏR
-
Bu şəxslər yüksək pensiya ala bilməyəcək – Çıxış yolu nədir?
-
Bakı məktəbliləri, 1975-ci il - illərin saf gülüşü və təmiz niyyəti heç vaxt unudulmur!
-
Tətili dənizdə, yoxsa dağda keçirək?
-
Günün qoroskopu: Duyğusal həssaslıq artır
-
“Kənd toyuğudur” adı ilə belə ALDANIRIQ
-
Çoxunun evində var - "Antikvardır" deyib, 15 min manata alırlar - FOTO
XƏBƏR LENTİ
-
Bu şəxslər yüksək pensiya ala bilməyəcək – Çıxış yolu nədir?
-
Yeni müharibə başlayır - Türkiyə 6 təyyarə silah göndərdi
-
Bakıdakı sürücü gündəm oldu - VİDEO
-
Yenicə boşanan Aysunun yanındakı bəy KİMDİR? - FOTO
-
Bu 6 tətbiq kartınızdakı pulları çəkir - Dərhal silin! - XƏBƏRDARLIQ
-
Həftəlik bürc proqnozu - Vəzifəniz dəyişəcək, gizli qalan məsələlər üzə çıxacaq: İtkilər ola bilər
-
Mövqelərimiz atəşə tutuldu
-
Marketlərdə satışdan çıxarılır - Görün içindən nə tapıldı - FOTO
-
Qurban Qurbanov hamı ilə görüşdü - Bir ondan başqa - VİDEO
-
Türkiyədə uçqun oldu: Ölənlər var - Anbaan görüntülər
-
Ançelotti istefa verir: bu yığmanı çalışdıracaq
-
Bakı məktəbliləri, 1975-ci il - illərin saf gülüşü və təmiz niyyəti heç vaxt unudulmur!
-
İlham Əliyev: Biz müstəmləkəçiliyin bütün formalarını və təzahürlərini qətiyyətlə rədd edirik
-
Azərbaycan Prezidenti: Bunun üçün əzmlə çalışırıq
-
Papanın dəfn mərasimində Trampın bu iki hərəkəti gündəm oldu
-
Prezident: Ölkəmiz haqlı olaraq COP29 irsi ilə fəxr edir
-
“Trabzonspor” “Traktor”u paylaşdı - FOTO
-
İlham Əliyev Qlobal Cənub QHT Platformasının təsis konfransının iştirakçılarına müraciət ünvanlayıb
-
Yer Kürəsini bu zireh qoruyurmuş - ŞOK GÖRÜNTÜLƏR yayıldı - VİDEO
-
Rövşən Nəcəf rəisi işdən çıxardı - FOTO
-
Ən gözəl həyatı yaşayacaq 5 bürc: Kim xoşbəxtlik dalğasına qapılacaq?
-
Türkiyə yenə silkələndi - Əhali qorxu və təşviş içində
-
Vətəndaşlara ZƏLZƏLƏ XƏBƏRDARLIĞI - Çantalarınızı hazır saxlayın
-
Bu ərazilərdə qaz kəsiləcək