Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Salyanda türk əsgərinin şərəfinə abidə açılıb - FOTO
15 Sentyabr 2012 13:45
0 Şərh
Baxış: 1 247
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az Cənub TV-yə istinadən xəbər verir ki, Türkiyə səfirliyinin vəsaiti hesabına Salyanda 1918-ci il mart qırğınları zamanı şəhid olmuş türk generalı və əsgərlərinin xatirəsinə ucaldılmış abidənin açılışı olub.
1918-ci il mart-aprel qırğınları zamanı bolşevik-daşnak birləşmələri tərəfindən respublikamızın bir sıra bölgələrində olduğu kimi, Salyan-Neftçala, daha doğrusu, Salyan qəzasında da dəhşətli faciələr törədilib. Sentrokaspi diktaturası həmin ilin iyun ayında Kür çayının aşağı hissəsini nəzarətdə saxlamaq üçün təpədən dırnağadək silahlanmış əsgərlərlə, hərbi sursatlarla dolu "Krasnovodsk", "Yelets", "İraq", "Bakinets", "Salyanets" və "Demosfen" adlı 6 gəmini Bakıdan Salyana göndərib.
4 ədəd iri çaplı topu, 14 ədəd pulemyotu və 900 nəfər əsgəri qüvvəsi olan düşməni Ramazan paşanın 400 nəfərlik nizami ordusu qarşlayıb və Salyanın Kürqaraqaşlı kəndi istiqamətində düşmənin "Demosfen" gəmisini vuraraq çaya batırıb. Və beləliklə türk əsgərlərinin köməyi ilə erməni-bolşevik birləşmiş dəstələri geri çəkilməyə məcbur olub. Qırğın zamanı minlərlə günahsız insanlarla yanaşı, döyüşlərdə türk generalı və əsgərləri şəhid olublar. Onlardan 3-ü Salyan şəhər qəbristanlığında dəfn olunub. İndi həmin general və əsgərlərin qəbirləri köçürülərək məzarları üzərində xatirələrinə abidə-kompleks ucaldılıb.
Abidənin açılışında Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıc, Türkiyə silahlı qüvvələrinin hərbi attaşesi, general Gücəl Karaur, rayon icra hakimiyyətinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıc türk əsgərlərin xatirəsinə göstərilən ehtirama görə öz minnətdarlığını bildirib. Sonra abidənin üzərindən Türkiyə-Azərbaycan bayrağından düzəldilmiş örtük götürülüb. Abidənin önünə gül dəstələri düzülüb.
Qeyd edək ki, şanlı tarix yazan türk generalı və əsgərlərinin xatirəsinə ucaldılmış bu abidə bundan sonra salyanlıların and yerinə çevriləcək.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
İspaniyanın mükafatı açıqlandı
-
İlham Əliyev Almaniyaya rəsmi səfərə gedib (Foto)
-
Qazaxda göldə boğularaq ölən ata və qızın (Fotosu)
-
Konsertdə azsaylı tamaşaçı görən müğənni təəccübləndi (Video)
-
“Bu 20 yeri təsadüfi şəkildə kodlaşdırmaq olmaz” - DİM sədri
-
Salyandakı qəzada ölən və yaralananların kimliyi məlum olub - Yenilənib (Foto)
-
Qubada avtomobil dirəyə çırpılıb, xəsarət alan var
-
Nicat Kazımov oğlunu hərbi xidmətə yola saldı (Foto)
-
Avtomobildən pul və mobil telefon oğurlayan şəxslər saxlanıldılar (Video)
-
Kevin Kiqan vəfat edib
-
Tural Əsədovun balina həyəcanı (Video)
-
Özəlləşdirmə çekləri ilə bağlı kompensasiya dair yayılan məlumatlar saxtadır - Birgə məlumat
-
“Neftçi” və “Zirə”nin potensial rəqibləri bilindi
-
Xatirə İslamla ərinin videosu haqda rəsmi açıqlama
-
16 Azərbaycan vətəndaşı Suriyadan repatriasiya edilib
-
Marketdən soyğunçuluq edən şəxs saxlanılıb
-
Böyükşor sahilindəki köpük nədir?
-
Daşkəsəndə ölmüş heyvanı avtomobillə sürüyən şəxs saxlanıldı - (Video)
-
Nigar Şabanova UNESCO səhnəsində başına gələn çətinlikdən danışdı - (Video)
-
Qaradağ rayonunda oğurluq edən 3 nəfər saxlanılıb
-
Endi Börnhem Böyük Britaniyanın yeni Baş naziri olub
-
Sabah məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə start veriləcək
-
Baş nazirdən mühüm qərar
-
Puyol: “Argentina finala yalnız Messinin sayəsində yüksələ bildi”