Kevin Kiqan vəfat edib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İngiltərə millisinin sabiq futbolçusu, ikiqat "Qızıl top" mükafatçısı Kevin Kiqan vəfat edib.
Milli.Az report-a istinadən xəbər verir ki, Kiqan 76 yaşında dünyasını dəyişib. O, iyunun 1-də "BBC Sport" telekanalına açıqlamasında dördüncü mərhələ xərçəng xəstəliyindən əziyyət çəkdiyini açıqlamışdı.
Keçmiş futbolçu və məşqçi ömrünün son anlarını həyat yoldaşı və qızlarının əhatəsində keçirib.
Kevin Kiqan futbolçu karyerası ərzində İngiltərənin "Liverpul", "Nyukasl" və "Sauthempton", Almaniyanın "Hamburq", eləcə də Avstraliyanın "Blektaun Siti" klublarında çıxış edib. O, "Liverpul"un heyətində üç dəfə İngiltərə çempionu, iki dəfə İngiltərə Superkuboku və UEFA Kubokunun qalibi olub, həmçinin İngiltərə Kuboku və Avropa Çempionlar Kubokunu qazanıb. "Hamburq"un heyətində isə Almaniya çempionluğu və ölkə kubokunu əldə edib.
Kiqan 1978 və 1979-cu illərdə "Qızıl top" mükafatına layiq görülüb və bu mükafatı iki dəfə qazanan yeganə ingilis futbolçu kimi tarixə düşüb. O, 2002-ci ildə İngiltərə Futbol Şöhrət Zalına qəbul edilib.
Futbolçu karyerasını başa vurduqdan sonra məşqçiliyə başlayan Kiqan "Nyukasl", "Fulhem" və "Mançester Siti" klublarını, həmçinin İngiltərə milli komandasını çalışdırıb.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
İdeal qarğıdalı bişirməyin yolu məlum oldu: 1 qaşıq kifayətdir
-
"Toydan paylaşım etməyə utanıram" - Səbinə Babayeva
-
Soğanları kağız salfetə bükənlər bu dərddən qurtulur
-
100 yaşına çatanların səhər yeməyi seçimi: Hər gün bir kasa içirlər
-
Elektrik çəngəlini belə çıxaranlara xəbərdarlıq
-
Yatmazdan əvvəl bunu edin: Həm dərin yatın, həm də xoşbəxt oyanın
-
Keksi şar kimi qabardan sirr: Birini əlavə etmək bəs edir
-
"Əlimdə olan vəsaiti tamamilə batırdım" - Fərda Xudaverdiyev
-
KTM-də xəstələri plastik xərəklə daşıyırlar? - Açıqlama (Video)
-
Nigar Fərhaddan şikayət - “17 min alıblar, nə özü, nə də əməkdaşları cavab verir” (Video)
-
Yamalın atası Messidən gənc imiş
-
Gülbən Ergenin çimərlik (Fotoları)
-
Salyanda yol qəzasında ölənlərin sayı 4 nəfərə çatıb - Yenilənib (Foto)
-
"Messiyə yaxınlaşıb dedim ki, "Bağışla məni" - Yamal
-
Günün qoroskopu: Bu gün cəmiyyətdə parlayacaqsınız
-
Aaron Maluda “Bazel”ə keçə bilər
-
Zərdabda azyaşlı bədbəxt hadisə nəticəsində ölüb
-
Lydia Cemre Özşişman 35 kilo arıqlayıb (Foto)
-
FİFA Argentina millisinin üzvləri ilə bağlı araşdırmaya başlayıb (Video)
-
Azərbaycan Milli Mətbuatının 151-ci ildönümü qeyd olunub (Foto)
-
“İnanıram ki, sabah qalib gələcəyik” - Dambrauskas
-
Pike Şakiranı izlədi - (Video)
-
İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb (Foto/Video)
-
Messidən hamını təəccübləndirən addım





