Cəmiyyət

Bakının iki rayonunda bu yollar bağlanır - Sürücülərin diqqətinə

7 Oktyabr 2026 11:54
Baxış: 536
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bakının Binəqədi və Sabunçu rayonlarında yolların təmiri ilə əlaqədar oktyabrın 7-dən nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq.

Milli.Az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir ki, təmir işlərinə oktyabrın 7-də saat 15:00-dan başlanılacaq.

Təmir işləri Binəqədi rayonunun Binəqədi qəsəbəsində Cəfər Cabbarlı küçəsində, həmçinin Sabunçu rayonunda Zabrat-Maştağa şossesinin Elşən Məhərrəmli küçəsi ilə kəsişməsindən Dövlət Gömrük Komitəsinin Akademiyasının qarşısına qədər olan hissəsində, hər iki istiqamət üzrə aparılacaq.

AAYDA sürücülərdən əvvəlcədən alternativ yollardan istifadə etməyi və hərəkət zamanı diqqətli olmağı xahiş edib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.