Azərbaycanda dərman bazarında hansı preparatlara daha çox ehtiyac var?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda dərman bazarında idxaldan asılılıq hələ də yüksək olaraq qalır. Ölkənin dərman preparatlarına olan tələbatının əhəmiyyətli hissəsi xarici ölkələrdən gətirilən məhsullar hesabına ödənilir. Bu baxımdan yerli istehsalın artırılması həm bazarın təminatına, həm də idxaldan asılılığın azalmasına təsir göstərə bilər.
Milli.Az Baku TV-yə istinadla xəbər verir ki, Pirallahı Sənaye Parkında fəaliyyətə başlayan yeni dərman istehsalı müəssisəsi də bu istiqamətdə atılan addımlardan biridir. İllik 60 milyon qutu istehsal gücünə malik zavodun fəaliyyətə başlaması ilə Azərbaycanda bəzi dərman preparatlarının yerli istehsalının genişləndirilməsi nəzərdə tutulur.
Bəs ölkədə ən çox hansı dərmanlara ehtiyac var və yeni istehsal müəssisəsi bazarda vəziyyəti necə dəyişə bilər?
Azərbaycan Əczaçı Sahibkarlar İctimai Birliyinin sədr müavini Sərdar Xudiyev bildirib ki, dərmanlara olan tələbatın strukturunda ürək-damar xəstəlikləri ilə bağlı preparatlar xüsusi yer tutur. Onun sözlərinə görə, yüksək qan təzyiqi geniş yayıldığından bu qrup dərmanlara davamlı ehtiyac yaranır. Hipertoniya xəstələrinin bir çoxu müalicəni uzunmüddətli və gündəlik şəkildə davam etdirməli olur.
Digər mühüm istiqamətlərdən biri isə xroniki xəstəliklərin müalicəsində istifadə olunan preparatlardır. Xudiyev xüsusilə şəkərli diabet üçün nəzərdə tutulan dərmanlara tələbatın artdığını qeyd edib.
Bununla yanaşı, mədə-bağırsaq problemlərinin müalicəsində istifadə olunan, xüsusilə mədə turşuluğunu tənzimləyən preparatlar da geniş istehlak olunan dərman qruplarındandır. Ağrı sindromlarının müalicəsində istifadə edilən nevroloji preparatlar, həmçinin yaşlı kişilərdə prostat vəzinin problemləri ilə bağlı dərmanlar da bazarda sabit tələbat olan məhsullar sırasında göstərilir.
Yeni zavodun istehsal imkanlarının genişlənməsi isə gələcəkdə bu kateqoriyalara daxil olan bəzi preparatların daxili bazarda daha çox yerli məhsullarla təmin olunmasına şərait yarada bilər.
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda ov mövsümü açılır
-
Ayın 8-də də yağış yağacaq - Proqnoz
-
Prokurorluğa qəbul imtahanı keçiriləcək
-
Azərbaycanda dərman bazarında hansı preparatlara daha çox ehtiyac var?
-
Kosovo Parlamenti qərar verdi - Ölkəyə yeni prezident seçildi
-
Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkə açıqlandı
XƏBƏR LENTİ
-
“2025-ci il hadisəsinə 2026-cı il qanunu tətbiq edilib” - İş adamından DGK ilə bağlı narazılıq
-
Azərbaycanda ov mövsümü açılır
-
Ayın 8-də də yağış yağacaq - Proqnoz
-
Mübariz Mənsimovun gəmisinin vurulma anının görüntüləri yayıldı - (Video)
-
"Niva" dağlıq yolda 70 metr məsafədə dərəyə yuvarlandı: Ölən var - (Video)
-
Prokurorluğa qəbul imtahanı keçiriləcək
-
Sabunçuda lombard qarət edildi
-
Azərbaycanda dərman bazarında hansı preparatlara daha çox ehtiyac var?
-
Kosovo Parlamenti qərar verdi - Ölkəyə yeni prezident seçildi
-
Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkə açıqlandı
-
Pulunu dollara çevirmək istəyənlərin nəzərinə
-
Türkiyə millisində Montella ilə bağlı qərar verildi
-
Bakının iki rayonunda bu yollar bağlanır - Sürücülərin diqqətinə
-
Elza Seyidcahan məhkəməni qazandı - Rəşid Mahmudov pul ödəyəcək
-
“WhatsApp” hesabınıza giriş bağlana bilər - Xəbərdarlıq
-
Zaur Baxşəliyev: “Mən çıxana kimi televizorunuzu açmayın, hamı satsın” (Video)
-
Xalq artisti əməliyyat edildi
-
Qızdırıcı cihazlardan istifadə edənlərə xəbərdarlıq
-
Bakı-Ağstafa-Bakı marşrutunda əlavə qatarlar hərəkət edəcək
-
Bakıda 40 yaşlı kişi 24 yaşlı arvadını bıçaqlayaraq öldürdü
-
Bu şəxslər dövlət hesabına pulsuz mənzil ala bilər - Siyahı
-
Tolik əsəbiləşib özündən çıxdı: "Haranın zibilisiniz ki, Alim Qasımovu müzakirə edirsiniz?" (Video)
-
İtkin düşənlərin taleyinin müəyyənləşdirilməsi davamlı sülhün mühüm şərtidir - Əli Nağıyev
-
Azərbaycan Kubokunda ilk oyunlar keçiriləcək





