Messi Argentina millisi ilə vidalaşdı: Göz yaşları "sel oldu" - (Foto-Video)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Argentina milli komandası əfsanəvi hücumçu Lionel Messinin yığmadakı son qarşılaşması çərçivəsində Benin seçməsinə qalib gəlib.
Milli.Az xəbər verir ki, Buenos-Ayresdə yerləşən "Monumental Antonio Vespussi Liberti" stadionunda baş tutan oyunda Argentina rəqibini 3:0 hesabı ilə üstələyib. Qarşılaşmadan öncə stadionda Lionel Messiyə həsr olunan xüsusi görüntü nümayiş etdirilib. Tribunada futbolçunun 10 nömrəli formasının və "GRACIAS" sözünün əks olunduğu nəhəng banner açılıb.
Görüşün 10-cu dəqiqəsində isə oyun qısa müddətə dayandırılıb. Argentina millisinin 10 nömrəli formasını geyinən Messi azarkeşlər tərəfindən alqışlarla yola salınıb. Təxminən bir dəqiqə davam edən alqışlara həm tribunadakı tərəfdarlar, həm də hər iki komandanın futbolçuları qoşulublar. Yayılan görüntülərdə Messinin azarkeşlərin coşqusu qarşısında göz yaşlarını saxlaya bilmədiyi görünür.
İlk 45 dəqiqədə hesab açılmayıb. Fasilədən sonra isə Argentina ardıcıl üç dəfə fərqlənib. Nikolas Otamendi, Niko Pas və Lionel Messi adlarını tabloya yazdırıblar.
Messi qarşılaşmada yalnız özü qol vurmaqla kifayətlənməyib. O, Argentina millisinin bütün üç qolunda iştirak edib və iki məhsuldar ötürmə ilə yadda qalıb.
Lionel Messi Argentina millisində debütünü 2005-ci ilin avqustunda Macarıstana qarşı keçirilən yoldaşlıq oyununda edib. Həmin görüş Argentina yığmasının 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Əfsanəvi futbolçu milli komandanın heyətində keçirdiyi 208 matçda 126 qol vurub və 69 məhsuldar ötürmə verib.
Messi Argentina ilə 2022-ci ildə dünya çempionluğuna yüksəlib. O, həmçinin 2021 və 2024-cü illərdə Amerika Kubokunu, 2022-ci ildə isə Finalissimada qalib olub.
Qeyd edək ki, Lionel Messi daha əvvəl 2026-cı il dünya çempionatından sonra Argentina millisindəki çıxışını başa vuracağını bildirmişdi.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
“Milan”da ciddi itki: Bu il oynamayacaq
-
Messi Argentina millisi ilə vidalaşdı: Göz yaşları "sel oldu" - (Foto-Video)
-
Kriştiano Ronaldo sükutu pozdu
-
Futbol dünyasının sərvəti: Ən çox qazanan 10 futbolçu
-
"Mançester Siti"nin apellyasiya şikayətinə ikinci ağır zərbə
-
"Real Madrid"in 2027 yayı üçün əsas transfer hədəfləri bəlli olub
XƏBƏR LENTİ
-
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verilib
-
Samranın anası həmin çıxışdan danışdı: “Azərbaycanda rəqibi, 2-ci belə şou göstərən yoxdur" - (Video)
-
Prezident İlham Əliyev: Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır
-
August Hanninglə bağlı istintaqda Azərbaycanın adının hallandırılması ilə yayılan məlumatlar dezinformasiyadır - Media və Yayım Şurası - (Foto)
-
Ağamirzə vəsiyyətini açıqladı: "Yasımda yemək verilməsin, 5-10 dəqiqə oturub gedin"
-
Prezident İlham Əliyev: İtkin düşmüş heç bir vətəndaşımız unudulmur
-
İranda küçə və yollar su altında qaldı
-
Prezident İlham Əliyev: Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb
-
“Milan”da ciddi itki: Bu il oynamayacaq
-
Hava ilə bağlı son məlumat
-
Prezident İlham Əliyev itkin düşmüş şəxslərlə bağlı Bakıda keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət edib
-
Bakıda İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV beynəlxalq konfrans keçirilir - (Foto)
-
"Alim Qasımovun məclisində pulsuz oxudum, özü dedi ki, toyunda əvəzini çıxaram" - (Video)
-
Messi Argentina millisi ilə vidalaşdı: Göz yaşları "sel oldu" - (Foto-Video)
-
Neft yenidən bahalaşdı
-
Bitcoinin qiyməti kəskin düşdü
-
Qaçaqmalçılıq yolu ilə dərman vasitələrinin gətirilməsinin qarşısı alındı
-
Bu ərazilərdə işıq kəsiləcək
-
Valideynlərin 1-ci sinif dərs proqramından narazılığı: "Kitablar həddən artıq qəlizdir" - (Video)
-
Toyuq alanda iki dəfə düşünün
-
Ən güclü Android telefonlar
-
Tozsorana bir ovuc əlavə edin - çəkmə gücünü 2 qat artırır
-
Aviaşirkətdən xəbərdarlıq - Bu rəngli çamadanlardan uzaq durun
-
Evliliyin sonunu toy günündəcə xəbər verən 8 əlamət





