August Hanninglə bağlı istintaqda Azərbaycanın adının hallandırılması ilə yayılan məlumatlar dezinformasiyadır - Media və Yayım Şurası - (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Almaniyanın Federal Kəşfiyyat Xidmətinin (BND) keçmiş rəhbəri August Hanninglə bağlı aparılan istintaq çərçivəsində bir sıra xarici media resurslarında Azərbaycanın adının hallandırılması ilə yayılan məlumatlar dezinformasiya xarakteri daşıyır və son dövrlərdə Azərbaycana qarşı intensiv şəkildə həyata keçirilən qarayaxma kampaniyasının tərkib hissəsi kimi qiymətləndirilir.
Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlamasında qeyd olunub.
Bildirilib ki, Almaniyanın "Der Spiegel" nəşrinin ilkin mənbə kimi yaydığı, daha sonra "Reuters", "AFP", "France 24", "The Times", "The Telegraph" və digər beynəlxalq media resurslarında tirajlanan Azərbaycanın adını sözügedən istintaq işi ilə əlaqələndirən əsassız iddiaların geniş auditoriyaya fakt kimi təqdim edilməsi ciddi narahatlıq doğurur və rəsmi mənbəyə istinad etmədən belə materialların dövriyyəyə buraxılması qəbuledilməz informasiya manipulyasiyası hesab olunur.
"Bu dezinformasiya əməliyyatının arxasında duran qüvvələrin çirkin niyyəti son dövrlərdə daha da inkişaf edən Azərbaycan-Almaniya əlaqələrinə xələl vurmaqdır.
Azərbaycan Respublikası Media və Yayım Şurası Azərbaycanı əsassız şəkildə beynəlxalq informasiya məkanında mənfi kontekstdə təqdim etməyə yönələn bu cür dezinformasiya kampaniyalarını qətiyyətlə pisləyir, beynəlxalq media subyektlərini peşəkar jurnalistikanın əsas prinsiplərinə, o cümlədən dəqiqlik, obyektivlik, etibarlı mənbələrə istinad və məlumatların yoxlanılması prinsiplərinə ciddi riayət etməyə, həqiqətə uyğun olmayan məlumatların yayılmasına və ictimai rəyin manipulyasiya edilməsinə yol verməməyə çağırır", - Şuranın açıqlamasında bildirilir.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Qızdırıcı cihazlardan istifadə edənlərə xəbərdarlıq
-
Bakı-Ağstafa-Bakı marşrutunda əlavə qatarlar hərəkət edəcək
-
Bu şəxslər dövlət hesabına pulsuz mənzil ala bilər - Siyahı
-
İtkin düşənlərin taleyinin müəyyənləşdirilməsi davamlı sülhün mühüm şərtidir - Əli Nağıyev
-
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verilib
-
Prezident İlham Əliyev: Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır
XƏBƏR LENTİ
-
Qızdırıcı cihazlardan istifadə edənlərə xəbərdarlıq
-
Bakı-Ağstafa-Bakı marşrutunda əlavə qatarlar hərəkət edəcək
-
Bakıda 40 yaşlı kişi 24 yaşlı arvadını bıçaqlayaraq öldürdü
-
Bu şəxslər dövlət hesabına pulsuz mənzil ala bilər - Siyahı
-
Tolik əsəbiləşib özündən çıxdı: "Haranın zibilisiniz ki, Alim Qasımovu müzakirə edirsiniz?" (Video)
-
İtkin düşənlərin taleyinin müəyyənləşdirilməsi davamlı sülhün mühüm şərtidir - Əli Nağıyev
-
Azərbaycan Kubokunda ilk oyunlar keçiriləcək
-
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verilib
-
Samranın anası həmin çıxışdan yazdı: “Azərbaycanda rəqibi, 2-ci belə şou göstərən yoxdur" - (Foto)
-
Prezident İlham Əliyev: Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır
-
August Hanninglə bağlı istintaqda Azərbaycanın adının hallandırılması ilə yayılan məlumatlar dezinformasiyadır - Media və Yayım Şurası - (Foto)
-
Ağamirzə vəsiyyətini açıqladı: "Yasımda yemək verilməsin, 5-10 dəqiqə oturub gedin"
-
Prezident İlham Əliyev: İtkin düşmüş heç bir vətəndaşımız unudulmur
-
İranda küçə və yollar su altında qaldı
-
Prezident İlham Əliyev: Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb
-
“Milan”da ciddi itki: Bu il oynamayacaq
-
Hava ilə bağlı son məlumat
-
Prezident İlham Əliyev itkin düşmüş şəxslərlə bağlı Bakıda keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət edib
-
Bakıda İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV beynəlxalq konfrans keçirilir - (Foto)
-
"Alim Qasımovun məclisində pulsuz oxudum, özü dedi ki, toyunda əvəzini çıxaram" - (Video)
-
Messi Argentina millisi ilə vidalaşdı: Göz yaşları "sel oldu" - (Foto-Video)
-
Neft yenidən bahalaşdı
-
Bitcoinin qiyməti kəskin düşdü
-
Qaçaqmalçılıq yolu ilə dərman vasitələrinin gətirilməsinin qarşısı alındı





