Şou-biznes

Tolik əsəbiləşib özündən çıxdı: "Haranın zibilisiniz ki, Alim Qasımovu müzakirə edirsiniz?" (Video)

7 Oktyabr 2026 10:55
Baxış: 585
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Aparıcı və prodüser Tarix Əliyev (Tolik) son günlər müzakirə olunan müğənni Pünhan Piriyevin toy məsələsinə münasibət bildirib.

Milli.Az xəbər verir ki, Tolik bu mövzuda səsləndirilən fikirlərə etiraz edib və Xalq artisti Alim Qasımovun müzakirə mövzusuna çevrilməsindən narazılığını ifadə edib.

O, sosial şəbəkədə yayımladığı çıxışında məsələyə sərt reaksiya verərək belə deyib:

"İndi siz kimsiniz ki, Alim Qasımovu müzakirəyə çıxarırsınız? Onun barəsində hansı haqla fikir bildirirsiniz? Bu haqqı kimdən aldınız? Haranın zibilisiniz?".

Tolik həmçinin Alim Qasımovun sənətinə və nüfuzuna diqqət çəkərək onun haqqında bu formada danışılmasını qəbul etmədiyini bildirib.

Aparıcının sərt ifadələri sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Onun çıxışı ilə bağlı müxtəlif fikirlər bildirilib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.