Cəmiyyət

“WhatsApp” hesabınıza giriş bağlana bilər - Xəbərdarlıq

7 Oktyabr 2026 11:42
Baxış: 527
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"WhatsApp" köhnə əməliyyat sistemi ilə işləyən bəzi telefonlarda istifadəçilərin hesablarına girişini məhdudlaşdıra bilər.

Milli.Az xəbər verir ki, yeni təhlükəsizlik qaydasına əsasən, istifadəçilər hesablarına yenidən daxil olmaq üçün cihazlarının Android və ya iOS sistemini ən son versiyaya yeniləməlidirlər.

Əgər telefon üçün daha yeni sistem yeniləməsi mövcud deyilsə, "WhatsApp"dan istifadəni davam etdirmək üçün yeni cihaz almaq tələb oluna bilər.

Şirkət bu addımı köhnə əməliyyat sistemlərində mövcud olan təhlükəsizlik boşluqlarından sui-istifadə hallarının qarşısını almaq və istifadəçi məlumatlarının qorunmasını gücləndirmək məqsədilə atıb.

Hazırda hansı əməliyyat sistemi versiyalarının dəqiq şəkildə bloklanacağı açıqlanmayıb. İstifadəçilərə telefonlarının parametrlər bölməsindən sistem yeniləmələrini yoxlamaq tövsiyə olunur.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.