Hadisə

Sabunçuda lombard qarət edildi

7 Oktyabr 2026 12:33
Baxış: 350
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Sabunçu rayonunda oğurluq edən və motosiklet qaçıran üç şəxs saxlanılıb.

Milli.Az xəbər verir ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, rayon ərazisində yerləşən lombardlardan birindən 7 500 manat pul və 14 500 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, həmin lombardda çalışan A. Əsgərov müəyyən edilərək saxlanılıb.

Bundan başqa, rayon ərazisindən "Tufan" markalı motosikleti qaçırmaqda şübhəli bilinən daha iki nəfər də polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.