Cəmiyyət

Azərbaycan səhiyyəsinə ağır itki - Əməkdar həkim vəfat etdi

5 Sentyabr 2026 22:52
Baxış: 407
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Azərbaycan səhiyyəsinə ağır itki üz verib.

Milli.Az-ın xəbərinə görə, uzun illər müxtəlif xəstəxanaların baş həkimi işləmiş Əməkdar həkim Vaqif Cəfərov vəfat edib.

O, uzun sürən xəstəlikdən sonra 78 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Vaqif Cəfərov 1948-ci il may ayının 9-da Basarkeçər rayonunun Şişqaya kəndində anadan olub. 

Azərbaycan Tibb Universitetini bitirib. 

O, 1995-1998-ci illərdə M.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin baş həkimi, 1998-2005-ci illərdə Respublika Klinik Xəstəxanasının baş həkimi, Yasamal Səhiyyə şöbəsinin müdiri, Xalq Təbabəti Mərkəzinin direktoru vəzifələrində işləyib. Səhiyyə Nazirliyinin kollegiya üzvü olub. 

2000-ci ildə Ulu Öndər Heydər Əliyevin fərmanı ilə Əməkdar həkim fəxri adına layiq görülüb. 

V.Cəfərov ölkənin ictimai-siyasi həyatında da fəal iştirak edib. O, ömrünün sonunadək hakim Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatı İdarə Heyətinin üzvü olub. 

Xatırladaq ki, Vaqif Cəfərov Azərbaycanın görkəmli dövlət və siyasi xadimi mərhum Yunis Rzayevin bacısı oğludur.

Allah rəhmət eləsin! (Ölkə.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.