Qorxunun ümidlə yanaşı addımladığı sükut...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Uzun müddətdir onkoloqla görüşmək, xərçəngin insan həyatına toxunan tərəfi haqqında yazmaq istəyirdim. Çünki bu xəstəlik mənim üçün sadəcə tibbi terminlərdən, statistik rəqəmlərdən və müalicə üsullarından ibarət bir mövzu olmayıb. Bu sözün arxasındakı yarımçıq qalan arzular, dəyişən həyat hekayələri, ailələrin keçirdiyi çətin günlər, qorxu, göz yaşları və bütün bunlara baxmayaraq sönməyən ümid hər zaman məndə maraq doğurub. Bir diaqnozun insanın düşüncələrini, gündəlik həyatını, gələcəyə baxışını necə dəyişdirdiyini, xəstənin və onun yaxınlarının hansı hissləri yaşadığını, həkimlərin isə hər gün bu emosional yükün içində necə çalışdıqlarını daha yaxından görmək istəyirdim. Buna görə də yolumu xəstəxanaya saldım.
Xəstəxanaların özünəməxsus bir sükutu olur. Sözlərin yerini baxışların aldığı, qorxunun ümidlə yanaşı addımladığı bir sükut... Burada yüksək səslə danışan olmur, amma hər kəsin ürəyində min cür fikir dolaşır. Kimisi analiz cavabını gözləyir, kimisi həkim otağının qarşısında sakitcə növbəsini. Gözlərdə narahatlıq da var, ümid də. Dəhlizdə oturarkən gözüm bir-bir insanların üzündə gəzirdi. Bəziləri həkimin qapısına baxırdı, bəziləri əlindəki analiz cavabını dəfələrlə açıb oxuyurdu. Elələri də var idi ki, heç nə demədən sadəcə gözləyirdi. Orada insanların üzünə baxmaq kifayətdir ki, hər kəsin öz içində necə böyük bir mübarizə apardığını anlayasan. Kimsə dua edir, kimsə ümidini itirməməyə çalışır, kimsə isə hələ eşitmədiyi cavabın həyatını dəyişəcəyini düşünərək susur. Həmin dəhlizdə insan anlayır ki, xərçəng təkcə tibbi diaqnoz deyil. O, hər ailənin, hər insanın fərqli yaşadığı bir sınaqdır. Bəzən bir söz, bir cavab, bir müayinə nəticəsi insanın bütün həyatını dəyişə bilir. O, eyni zamanda gözləməyin, mübarizə aparmağın, bəzən də həyata yenidən sarılmağın adıdır.
İnsan başa düşür ki, bəzən həyatın dəyərini ən çox xəstəxana divarları arasında hiss edirsən. Çünki burada insanlar böyük arzular qurmurlar. Kimsə sadəcə sağalmağı, kimsə övladının toyunu görməyi, kimsə nəvəsini qucaqlamağı, kimsə isə ağrısız bir gün keçirməyi arzulayır. Sağlam insanın adi hesab etdiyi bir gün burada ən böyük nemətə çevrilir.
Bəlkə də xərçənglə mübarizənin ən çətin tərəfi xəstəliyin özü qədər onun yaratdığı qorxudur. Çünki bəzən insanlar xəstəlikdən yox, onun haqqında eşitdikləri yanlış məlumatlardan qorxurlar. "Xərçəng sağalmır", "müalicənin faydası yoxdur" kimi düşüncələr insanları vaxtında həkimə müraciət etməkdən uzaqlaşdıra bilir. Onkoloqla söhbətim zamanı da bu məsələyə xüsusi toxunduq. Həkim bildirdi ki, müraciət edən xəstələrin əhəmiyyətli hissəsi xəstəliyin erkən mərhələsində yox, artıq gecikmiş dövrdə gəlir. Bunun səbəbi isə əksər hallarda simptomları ciddi qəbul etməmək və ya yanlış məlumatlara inanmaq olur. Halbuki müasir tibb son illərdə xərçəngin diaqnostikası və müalicəsində böyük inkişaf yolu keçib. Bu gün bir çox xərçəng növü erkən aşkarlandıqda uğurla müalicə olunur və insanlar normal həyatlarına qayıda bilirlər. Xərçənglə mübarizədə ən böyük silahlardan biri vaxtdır. Şikayətlərin yaranmasını gözləmədən müayinələrdən keçmək, bədəni tanıyaraq baş verən dəyişikliklərə diqqət etmək və şübhəli əlamətləri görən kimi həkimə müraciət etmək bir çox hallarda həyat qurtarır.
Xəstəxanadan çıxarkən dəhlizdə gördüyüm insanlar yadımdan çıxmırdı. Hər biri fərqli yaşda, fərqli taledə.. Amma hamısını birləşdirən ortaq hissin adı ümid idi. Bəzilərində zəif, bəzilərində güclü olsa da, o ümid hər kəsin baxışında hiss olunurdu. Xərçəng həmişə son demək deyil. Bəzən o, həyata daha möhkəm sarılmağın, hər günün qiymətini bilməyin və ümidini itirməməyin başlanğıcı olur.
Mina Mikayılova
DİGƏR XƏBƏRLƏR
-
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
-
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
-
Bu domenin illik qeydiyyat 100 manat olacaq
-
Azərbaycanda bu internetin aylıq qiyməti 2 min manat olacaq
-
“Şərəf” ordeni alan Kamran İmanov kimdir? - Dosye
-
Atmosfer havasının çirklənməsinə qarşı Milli Fəaliyyət Planı hazırlanacaq
XƏBƏR LENTİ
-
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
-
TikTokerin “Uzak Şehir”ə çəkilməsi qınandı - (Video)
-
Tovuzda ev yanaraq külə döndü
-
Xalq artistini xanımı ilə görüntülədi - (Video)
-
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
-
Bu domenin illik qeydiyyat 100 manat olacaq
-
Deniz Baysalın boşandıqdan sonra verdiyi açıqlama gündəm oldu
-
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
-
Azərbaycanda bu internetin aylıq qiyməti 2 min manat olacaq
-
Röyanın 90 yaşlı fanatının sevgisi - (Video)
-
Səudiyyə Ərəbistanın Kralı Prezident İlham Əliyevi təbrik edib
-
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
-
“Şərəf” ordeni alan Kamran İmanov kimdir? - Dosye
-
Körpəsi ilə ağır qəzaya düşən qadının vəziyyəti ağırdır - (Yenilənib/Anbaan video)
-
Atmosfer havasının çirklənməsinə qarşı Milli Fəaliyyət Planı hazırlanacaq
-
Nagehan Fəridlə ailəsinin dağılmasının səbəbini açıqladı
-
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
-
Yeni sədrə 2 müavin təyinatı - Biri sabiq nazirin oğludur
-
Paytaxtda Zəfər Gününə həsr edilən mini futbol yarışları başa çatıb - (Foto)
-
Bakıda mənzillər bir ayda 14% bahalaşdı - Ən çox artım hansı rayondadır?
-
Böyük dünyanın kiçik qəhrəmanları: Rezo Qabriadzenin kuklaları Bakıda - (Foto)
-
“Kızılcık Şerbeti”nin aktrisasının bu səhnəsi gündəm oldu - (Video)
-
Rayonların büdcəyə nə qədər gəlir gətirəcəyi bəlli oldu
-
KTMT Ermənistana qarşı sərt qərar verə bilər





