“Hər bir ağrını hiss edirdim" - Videodakı qadın danışdı - (Video)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sosial şəbəkələrdə estetik əməliyyat zamanı çəkildiyi iddia olunan görüntüləri yayılan Qəmər Ağalıyeva baş verənlərlə bağlı açıqlama verib.
Milli.Az xəbər verir ki, o, bildirib ki, videonun çəkilməsindən xəbəri olmayıb və görüntüləri yalnız tanışları vasitəsilə görüb. Zərərçəkmişin sözlərinə görə, əməliyyat bir il əvvəl həyata keçirilib və yayılan kadrlarda onun səsi və açıq bədəni əks olunub.
Qəmər Ağalıyeva iddia edib ki, narkozdan ayıldıqdan sonra əməliyyat zamanı baş verənləri hiss edib. Onun sözlərinə görə, müdaxilə tibbi standartlara uyğun olmayan şəraitdə aparılıb və otağa kənar şəxslər sərbəst daxil olub:
"Hər bir ağrını, şişi bədənimə necə salmasını hiss edirdim. Əməliyyat olan yer klinika deyildi, bildiyiniz zirzəmi idi. Boş otaq idi, həkimə aid heç nə yox idi. Bircə çarpayı idi, orada da işlərini görürdülər. Gələn-gedən də rahatlıqla otağa girib-çıxırdı".
Hadisədən sonra əməliyyatı həyata keçirən Gülbadə Abdullayeva ilə əlaqə saxladığını deyən qadın, həkimin videonun çəkilməsində məsuliyyət daşımadığını bildirdiyini qeyd edib.
Gülbadə Abdullayeva isə telekanala açıqlamasında görüntülərin onun xəbəri olmadan çəkildiyini deyib. Onun sözlərinə görə, videonu klinikanın əməkdaşı Xəyalə İsmayılova çəkib, qapıdan baxan şəxs isə qeydiyyatçı olub. Həkim həmçinin təhsilinin olduğunu, lakin diplomunu Azərbaycanda hələ təsdiqlədə bilmədiyini və fəaliyyət göstərdikləri məkanın lisenziyası ilə bağlı aidiyyəti quruma sorğu göndərildiyini bildirib.
Məsələyə münasibət bildirən deputat Rəşad Mahmudov isə əməliyyat otağı standartlarına cavab verməyən yerlərdə cərrahi müdaxilələrin yolverilməz olduğunu vurğulayaraq, belə halların cinayət məsuliyyəti yaratdığını qeyd edib.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)
DİGƏR XƏBƏRLƏR
-
Gələn il pensiyalar bu qədər artırılacaq - Rəsmi
-
5 günlük leysan gəlir - Temperatur 10 dərəcə enəcək - Proqnoz
-
“Trendyol”da noyabr endirimləri - Bu noyabr da hər kəs “Trendyol”da!
-
"Alimlər arasında beynəlxalq əməkdaşlığın gücləndirilməsi elmi inkişaf üçün mühüm əhəmiyyət daşıyır"
-
İctimai nəqliyyatda hər 4-cü gediş cəmi 1 qəpik olacaq
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerasında iştirak edib - (Foto)
XƏBƏR LENTİ
-
Gələn il pensiyalar bu qədər artırılacaq - Rəsmi
-
Bakıda X5 klinikaya çırpıldı - (Foto)
-
“Qalatasaray”lı Batrakovun xanımından gözlənilməz qərar
-
Röyanın səhnə geyimi diqqət çəkdi – (Video)
-
Braziliya millisinin futbolçusu “Trabzonspor”da oynamaq istəyir: "Məni alın"
-
Qazaxda bıçaqlanan kişi Səməd Vurğunun qohumu imiş - Təfərrüat
-
İran sərhədindən Azərbaycana keçmək istəyən 4 əfqan saxlanıldı
-
5 günlük leysan gəlir - Temperatur 10 dərəcə enəcək - Proqnoz
-
“Trendyol”da noyabr endirimləri - Bu noyabr da hər kəs “Trendyol”da!
-
"Alimlər arasında beynəlxalq əməkdaşlığın gücləndirilməsi elmi inkişaf üçün mühüm əhəmiyyət daşıyır"
-
İctimai nəqliyyatda hər 4-cü gediş cəmi 1 qəpik olacaq
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerasında iştirak edib - (Foto)
-
Qərbi Kaspi Universitetində tələbələrə beynəlxalq elmi bazalardan istifadə qaydaları öyrədilir
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar (VİDEO)
-
Qara dənizdə iki gəmi toqquşdu - 7 türk dənizçi təhlükədə
-
Qərbi Kaspi Universitetində tədqiqatın beynəlmiləlləşməsinə həsr olunmuş beynəlxalq simpozium keçirildi - (Foto)
-
Gələn il inflyasiya nə qədər olacaq? - Rəsmi
-
Bu müəllimlərə maaşdan əlavə pul veriləcək
-
BMU-nun tələbəsi vəfat etdi
-
Gültac Əlili: "Ayda 1200 manat "parkovka"ya pul verirəm"
-
Sükan arxasında yuxuya getdi, ana və körpəni vurdu - (Anbaan video)
-
Qadına əmlakını qorumağı vəd etdi, mənzilini və avtomobilini ələ keçirdi - MƏHKƏMƏ
-
Xalq artisti: “Onlar danışan tualet kağızıdırlar”
-
Əmək qabiliyyətini müvəqqəti itirənlərə şad xəbər - Verilən pul artırılır





