AQTA və şadlıq sarayı arasında gərginlik artır - Görüntülər yayıldı - VİDEO - FOTO -YENİLƏNİB
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bildirir ki, mediada "Alp Delux" şadlıq evində yoxlama aparılmaması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
Milli.Az xəbər verir ki, vətəndaş müraciəti əsasında Bakı şəhəri, Nizami rayonu ərazisində fəaliyyət göstərən "Alp Delux" şadlıq evində Ədliyyə Nazirliyinin Dövlət Reyestrindən çıxarış əsasında 29 aprel tarixində plandankənar yoxlama keçirilib.
Çıxarış şadlıq evinin səlahiyyətli şəxsinə təqdim edilib, daha sonra iaşə obyektinin nümayəndəsinin iştirakı ilə yoxlama aparılıb. Yoxlama müfəttişin yaxa kamerası ilə lentə alınıb.
Mediada çıxış edərək yoxlamanın aparılmadığını iddia edən şadlıq evinin səlahiyyətli şəxsi özü də yoxlama zamanı şadlıq sarayında olub. Yoxlama zamanı soyuducu sahədə saxlanılan, görünüşü şübhə doğuran ət məhsullarından götürülmüş nümunələr laborator müayinəyə cəlb olunub və nəticədə ət nümunələrində at DNT-si müəyyən edilib.
Bundan başqa, şadlıq evində bir sıra sanitar-gigiyenik nöqsanlar da aşkarlanıb.
Faktla bağlı şadlıq evinin rəhbərliyi barəsində səlahiyyətli nümayəndənin iştirakı ilə inzibati protokol tərtib edilib, istehlaka yararsız məhsullar dövriyyədən çıxarılıb və icrası məcburi göstərişlər verilib.
AQTA olaraq, ictimai iaşə obyektlərini qida təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə çağırır və qanun pozuntularına qarşı tədbirlərin davam etdiriləcəyini bildiririk.
Milli.Az
_____________
Ötən gün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi paytaxtdakı məşhur şadlıq saraylarından birində aparılan yoxlama zamanı ət məhsullarında at DNT-si aşkarlandığını açıqlayıb.
Milli.Az xəbər verir ki, yoxlama Alp Deluxe şadlıq sarayında həyata keçirilib. Agentliyin yaydığı məlumat cəmiyyətdə geniş müzakirələrə səbəb olub.
Şadlıq sarayının inzibatçısı Amil Quliyev isə iddialarla razılaşmadıqlarını bildirib. Onun sözlərinə görə, restoranda əsasən yerli quzu ətindən istifadə olunur və menyuda mal əti ilə hazırlanan bəzi yeməklər ümumiyyətlə təqdim edilmir. İnzibatçı həmçinin qeyd edib ki, mətbəx açıq şəkildə fəaliyyət göstərir və məhsullar müştərilərin gözü qarşısındadır.
O, AQTA əməkdaşlarının restorana gəlmədiyini və obyektə baxış keçirilmədən məlumat yayıldığını iddia edib.
Məsələ ilə bağlı AQTA-dan verilən açıqlamada isə bildirilib ki, yoxlama zamanı şadlıq sarayının nümayəndəsi ərazidə olub. Agentlik əlavə edib ki, müfəttişlərin yaxa kameraları ilə qeydə alınan görüntülər, o cümlədən at əti və nümunələrin götürülməsi ilə bağlı kadrlar yaxın vaxtlarda ictimaiyyətə təqdim olunacaq.
Aysel
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Bakıya leysan və dolu yağacaq - Əhaliyə xəbərdarlıq
-
Atam işini layiqincə görürdü - Murad Heydərov
-
General-leytenant Arif Heydərovun 100 illik yubileyinə həsr olunmuş filmin premyerası keçirilib (Foto)
-
Ceyhun Sultanov “Araz-Naxçıvan”ın prezidenti təyin edildi
-
Bakıya güclü leysan yağacaq - Xəbərdarlıq
-
Bakıda imtahan balı ailəni bir-birinə qatdı
XƏBƏR LENTİ
-
Bu gün UFC Fight Night Baku keçiriləcək
-
Bakıya leysan və dolu yağacaq - Əhaliyə xəbərdarlıq
-
“Nissan” 600 mindən çox avtomobili geri çağırır
-
Kabo-Verde tarix yazdı, Səudiyyə Ərəbistanı mundialla vidalaşdı
-
Elektrikə ehtiyac duymayan soyuducu icad etdi: Tərəvəzləri həftələrlə təzə saxlayır (Foto)
-
Dəmir yolu relslərinin arasına tonlarla daş tökülməsinin səbəbi bəlli oldu
-
Sobada asan tərəvəzli kartof börəyi
-
Əsla əkməməli olduğunuz 4 bitki: Evlərin təməlini belə çatladır
-
Psixoloqlar zəngin olmaq üçün lazım olan iki vərdişi açıqladı
-
İsti avtomobili saniyələr içində necə sərinlətmək olar?
-
Şərbətli şirniyyat sevənlər üçün Fatih sarması resepti
-
Fransa Norveçi darmadağın etdi
-
Dembeledən son 72 ilin ən sürətli het-triki
-
ABŞ Hörmüz boğazında İranla əlaqəli hədəfləri vurub
-
Danimarka azanı qadağan etməyə hazırlaşır
-
İsa Həbibbəylinin nadir əlyazmanı təqdim etməsi birmənalı qarşılanmadı (Video)
-
Burak Çelik “Yeraltı”na vida etdi - (Foto)
-
Daniel Sebalyos "Real"dan getdi
-
Çində 7 600 tonluq nəhəng binanı "yeritdilər" (Foto)
-
Günün qoroskopu: Özünüzü parlaq və enerjili hiss edirsiniz
-
Venesuelada dağıntılar arasında körpə doğuldu
-
"Neftçi" slovakiyalı hücumçu transfer etdi
-
Atam işini layiqincə görürdü - Murad Heydərov
-
İsrail və Livan arasında çərçivə sazişi imzalanıb





