Cəmiyyət

Polkovnik-leytenantın oğlunu öldürən şəxsə hökm oxundu

17 Aprel 2026 20:43
Baxış: 538
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Gəncədə məktəblini qətlə yetirməkdə ittiham edilən Rihat Cəfərovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Hökmə əsasən, R.Cəfərov 10 il müddətində azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin oktyabr ayında baş verib. 2009-cu il təvəllüdlü Vaqif Rəfibəyli tanışı R.Cəfərov tərəfindən bıçaqlanıb. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, mərhum Vaqif Rəfibəylinin atası uzun illər ədliyyə sistemində çalışmış polkovnik-leytenant Rövşən Rəfibəylidir.

Fotoda: Rihat Cəfərov

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.