TRIPP əlaqəlilik baxımından strateji əhəmiyyətə malik dəhlizdir - Hikmət Hacıyev
TRIPP (Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu) əlaqəlilik baxımından strateji əhəmiyyətə malik dəhlizdir.
Milli.Az-ın Trend-ə istinadla xəbərinə görə, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən panel müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycan Ermənistan və ABŞ ilə birlikdə regional bağlantının yeni formatı üzərində işləyir.
"Ermənistan və Amerika Birləşmiş Ştatları ilə əməkdaşlıq çərçivəsində biz bağlantı üzrə üçtərəfli təşəbbüs - Mərkəzi Asiyanı, Cənubi Qafqazı və Avropanı birləşdirəcək strateji əhəmiyyətli növbəti dəhliz olacaq TRIPP layihəsi üzərində işləyirik", - deyə o qeyd edib.
Hacıyev vurğulayıb ki, layihəyə daha geniş coğrafi kontekstdə baxılır.
"Biz buna həmçinin daha geniş 'dörd dəniz' konsepsiyasının - Xəzər, Qara, Aralıq və Adriatik dənizlərinin bir hissəsi kimi baxırıq", - deyə o bildirib.
Onun sözlərinə görə, təşəbbüs inklüziv xarakter daşıyır.
"Bu, inklüziv platformadır. Biz Ermənistanı tranzit ölkə və bu bağlantı şəbəkəsinin mühüm iştirakçısı kimi qiymətləndiririk", - deyə H. Hacıyev qeyd edib.
O, layihə üzrə mövcud irəliləyiş barədə məlumat verib.
"Artıq irəliləyiş var: Azərbaycanın ərazisindəki hissələrdən biri başa çatmağa yaxındır, 2026-cı ilin sonunadək isə Naxçıvan istiqaməti üzrə işləri tamamlayacağımızı gözləyirik", - deyə o bildirib.
H. Hacıyev əlavə edib ki, iş beynəlxalq tərəfdaşlarla koordinasiya şəraitində davam edir.
"Biz Avropa tərəfdaşları, ABŞ və Ermənistanla dəhlizin digər hissələri üzrə, o cümlədən ikitərəfli formatda sıx əməkdaşlıq edirik", - deyə o vurğulayıb.
Onun sözlərinə görə, layihənin həyata keçirilməsi regionun rolunu gücləndirəcək.
"Ümumilikdə bu səylər Cənubi Qafqazın regional və qlobal bağlantının mühüm qovşağı kimi strateji rolunun möhkəmlənməsinə töhfə verəcək", - deyə H. Hacıyev əlavə edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bakıda WUF13-ün beşinci günü start götürüb
-
Kolumbiya mediası Azərbaycanın minatəmizləmə sahəsindəki təcrübəsini qeyd edib
-
WUF13-də Bakı Şəhərsalma Mükafatı təsis edilib - FOTO
-
Leyla Əliyevanın təşəbbüsü ilə WUF13-də təmiz hava və dayanıqlı şəhərsalma məsələləri müzakirə olunub - FOTO
-
Prezident hərbi xidmətə çağırışla bağlı sərəncam imzaladı
-
Azərbaycan və Sudan diplomatik pasport sahiblərini vizadan qarşılıqlı azad edəcək - YENİLƏNİB - FOTO
XƏBƏR LENTİ
-
Trend Agentliyi ödənişli xəbər lentindən istifadə üçün tarifləri yeniləyib
-
Müəllimlər üçün mühüm XƏBƏR
-
Azərbaycanda yas mərasimində zəhərlənənlərin vəziyyəti necədir? - AÇIQLAMA
-
Qabiliyyət imtahanlarına qeydiyyat başlayır
-
"Kapital Bank" dünyaca məşhur şirkətlə əməkdaşlığa başladı
-
Türkiyədə oteldə silahlı insident: Otel sahibi və müştəri öldü
-
"WhatsApp" istifadəçiləri üçün YENİLİK
-
"15 min almısan, imkan ver biz də QAZANAQ"
-
Qadın müğənni qətlə yetirildi, meyiti kanala atıldı
-
Trampın keçmiş gəlinində xərçəng aşkar edildi - FOTO
-
Dubay konsertindəki şousu gündəm oldu - VİDEO
-
Emin Mahmudovla bağlı qərar verildi
-
Tbilisiyə bu qatar gedəcək - FOTO
-
“Qəbələ” “Şamaxı”ya qarşı - Sonuncu turun oyunları
-
"Toylar nə vaxtdan el şənliyi olub?!"
-
Bazar günü 56 mindən çox şəxs imtahan VERƏCƏK
-
Azərbaycanda mənzil almaq istəyənlərə VACİB XƏBƏR
-
Həbibdən UFC prezidentinə sərt cavab
-
"Mançester"dən gedən Kazemironun yeni klubu BƏLLİ OLDU
-
Bu ilin sonunadək daha 30 min insan azad olunmuş ərazilərə köçəcək
-
Türkiyədə güclü yağış şəhəri iflic etdi: Ölən və yaralananlar var - VİDEO
-
Kirayə qiymətləri niyə dayanmadan artır?
-
Bu BÜRClər macərasız yaşaya bilmir - Siyahıda siz də varsınız?
-
3 fərqli klubla bir Avropa kubokunu qazanan ilk MƏŞQÇİDİR





