Bilmədən öz "quyularını qazırlar": İŞSİZ qalacaqlar - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dünya mediasında geniş müzakirələrə səbəb olan maraqlı və bir o qədər də mübahisəli görüntülər yayılıb.
Milli.Az xəbər verir ki, Hindistanda yerləşən iri tekstil fabriklərində çalışan işçilərin iş zamanı başlarına kiçik kameralar taxdığı məlum olub. Bu kameralar onların bütün hərəkətlərini - parçanı tutma üsulundan tutmuş tikiş prosesinə qədər - birinci şəxs baxış bucağından saniyə-saniyə qeydə alır.
Məlumata görə, bu addımın əsas məqsədi gələcəkdə istifadə olunacaq süni intellekt sistemlərini və robotları öyrətməkdir. Şirkətlər bahalı hərəkət izləmə texnologiyalarına yatırım etmək əvəzinə, işçilərin illərlə qazandıqları təcrübəni və əl bacarıqlarını birbaşa bu yolla "köçürməyə" çalışırlar.
Lakin məsələ bununla bitmir. İctimaiyyətdə ən çox diqqət çəkən məqam ondan ibarətdir ki, işçilər faktiki olaraq gələcəkdə onların yerini tutacaq avtomatlaşdırma sistemlərinin hazırlanmasına özləri töhfə vermiş olurlar. Bu səbəbdən sosial şəbəkələrdə yayılan görüntülər "İşçilər öz quyularını qazır" kimi sərt şərhlərlə müşayiət olunur.
Digər tərəfdən, bu prosesin etik tərəfləri də ciddi müzakirə mövzusuna çevrilib. İşçilərin topladıqları məlumat qarşılığında ədalətli ödəniş alıb-almadıqları, həmçinin bu dataların gələcəkdə necə istifadə olunacağı ilə bağlı suallar açıq qalır.
Mütəxəssislər isə məsələni iki fərqli prizmadan dəyərləndirir. Bir qrup bunu texnologiyanın qaçılmaz inkişafı kimi görür, digər tərəf isə insan əməyinin yeni - rəqəmsal formada istismar edildiyini düşünür.
Hüseyn
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Aysun makiyajsız və effeksiz gözəlliyindən danışdı - (Video)
-
Sədərəyə güclü dolu yağdı - (Video)
-
VI Buktreyler Beynəlxalq Film Festivalının Mükafatlandırma Mərasimi keçirildi Kitabı tanıdın, kitabla tanının! - (Foto)
-
Qarabağda mina basdırılan ərazilər müəyyənləşdirilir - (Foto)
-
Əməkdar artist ilk dəfə qızı ilə görüntüsünü paylaşdı – (Video)
-
Zaur Nağıyev yüksək vəzifəyə təyinat aldı
-
Hindistanın XİN rəhbəri Azərbaycana gəlir
-
Bu ərazilərdə torpağı olanlar sevinsin - Qiymətlər kəskin artacaq
-
Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
-
MEMİM-in “Mədəniyyət rüzgarı” Quba-Xaçmaz bölgəsində əsəcək - (Foto)
-
Toyda gəlinə qızıl əvəzinə TIR təkəri hədiyyə etdilər – (Video)
-
6 yaşlı qurban və dini riyakarlıq: Türkiyənin utancı
-
Xocalı və Ağdərəyə növbəti köç olub
-
Mətbuat Şurası jurnalistlərə çağırış etdi
-
"WhatsApp”a iki yeni funksiya gəlir
-
Azərbaycan pasportu dünyada neçənci yerdədir?
-
Yenicə ailə quran Pünhanın xanımı ilə romantik Fotosu
-
"Bəlkə də Bakıda “Barselona”ya qalib gəldik"
-
Arif Mərdanova yüksək vəzifə verildi
-
Nurgül Yeşilçay 8 illik sevgilisi ilə niyə evlənmədiyini açıqladı (Video)
-
"Həzi Aslanov” stansiyasında təmir bu tarixdə yekunlaşır - Rəsmi
-
Bu sənədə görə evsiz qala bilərsiz - Notarius belə unudur
-
“YAY ARZULARI” adlı yaradıcılıq sərgisi açılacaq
-
Arda Gülər Mbappedən üzr istədi - (Foto)





