Bu dərmanları qətiyyən ALMAYIN - “Viagra” aşkarlandı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Avropa ölkələrində istehlakçıların sağlamlığı ilə bağlı ciddi narahatlıq doğuran yeni faktlar ortaya çıxıb.
Müxtəlif Avropa qurumlarının apardığı yoxlamalar nəticəsində internet üzərindən satılan və əsasən bal əsaslı "təbii afrodizyak" kimi təqdim edilən məhsulların tərkibində gizli dərman maddələrinin olduğu müəyyən edilib. Söhbət adətən reseptlə verilən cinsi zəiflik dərmanlarının aktiv komponentləri olan "Sildenafil" və "Tadalafil" maddələrindən gedir. Məhsulların etiketində göstərilməyən bu güclü maddələr məşhur "Viagra" və "Cialis" dərmanlarının əsas tərkib hissəsidir.
Milli.Az xəbər verir ki, Avropa İttifaqının qida təhlükəsizliyi üzrə erkən xəbərdarlıq sistemi (RASFF) və Milli Ticarət və İstehlakçıların Hüquqlarının Müdafiəsi Orqanı (NATCP) vasitəsilə yayılan məlumatlara görə, Asiya və Yaxın Şərq ölkələrindən (Çin, Malayziya, Tailand, Hindistan, Türkiyə, BƏƏ və s.) Avropanın müxtəlif ölkələrinə göndərilən bu tip məhsullarda ("The Dragon Power", "RS RUI SHEN", "Hurrikán" və s.) yüksək miqdarda təhlükəli maddələr aşkarlanıb. Aparılan laborator analizlər bəzi hallarda normadan dəfələrlə artıq dozaların olduğunu göstərib ki, bu da məhsulların insan sağlamlığı üçün ciddi risk daşıdığını təsdiqləyir.
Problemin yalnız Avropaya göndərilən bitki mənşəli əlavələrlə məhdudlaşmadığı da ortaya çıxıb. Böyük Britaniyada dövlət dərman tənzimləyicisi "Medicines and Healthcare products Regulatory Agency" (MHRA) 2026‑cı ilin fevralında xəbərdarlıq edib ki, son beş ildə internet üzərindən satılan təxminən 19,5 milyon qeyri-qanuni erektil disfunksiya dərmanı ("Sildenafil", "Tadalafil", "Vardenafil" və "Avanafil" tərkibli) ələ keçirilib, bunun 4,4 milyon ədədi yalnız 2025-ci ildə müsadirə olunub. Bu rəqəmlər göstərir ki, Böyük Britaniyada hər dörd yetkin kişidən üçü üçün nəzərdə tutulan bir doza həcmdə qeyri-qanuni dərman dövriyyədə olub.
MHRA bildirir ki, bu məhsul və dərmanlar sosial media, mesajlaşma tətbiqləri və qeyri-rəsmi internet saytları vasitəsilə satılıb və istifadəçilər bilmədən ciddi risk altına düşüblər. Bu məhsulların çoxu real görünə bilər, amma etiketdə göstərilməyən güclü maddələr və yanlış dozalar ehtiva edir, bəzi hallarda hətta zəhərli ola bilər. MHRA, ictimaiyyətə xəbərdarlıq edərək yalnız qeydiyyatdan keçmiş apteklərdən dərman alınmasını, sosial media və qeyri-rəsmi saytları istifadə etməməyi və həkimlə məsləhətləşməyi tövsiyə edir.
Avropa ölkələrinin səhiyyə və istehlakçı qurumları bildirir ki, problem əsasən internet üzərindən satış platformalarında yayılıb. Məhsullar "100% təbii", "bitki tərkibli" və ya "qida əlavəsi" adı ilə təqdim olunsa da, əslində onların tərkibinə gizli şəkildə güclü farmakoloji maddələr əlavə edilir. Bu isə həm istehlakçıların aldadılması, həm də qanunvericiliyin pozulması deməkdir. Çünki Avropa ölkələrində bu cür maddələrin reseptsiz və qida məhsullarında gizli şəkildə istifadə olunması qadağandır.
Mütəxəssislər xəbərdarlıq edir ki, bu cür maddələrin nəzarətsiz qəbulu ağır sağlamlıq problemlərinə səbəb ola bilər. Xüsusilə ürək-damar xəstəlikləri, yüksək təzyiq və ya diabetdən əziyyət çəkən insanlar üçün risk daha yüksəkdir. Qəfil təzyiq düşməsi, infarkt, insult, görmə və eşitmə pozğunluqları kimi hallar belə məhsulların istifadəsi ilə əlaqələndirilir.
Bənzər hallar daha əvvəl də qeydə alınıb və bəzi məhsullar Avropa ölkələrində müsadirə olunaraq satışdan çıxarılıb. Məsələnin geniş coğrafiyanı əhatə etməsi isə göstərir ki, bu artıq lokal deyil, dünya miqyasında yayılan təhlükəli tendensiyadır.
Avropa və Böyük Britaniya qurumları istehlakçılara çağırış edərək bildirir ki, internet üzərindən satılan və mənşəyi, tərkibi tam məlum olmayan "təbii afrodizyak" məhsullardan uzaq durmaq lazımdır. Həkimlər isə belə problemlərlə qarşılaşan şəxslərə mütləq şəkildə özbaşına vasitələrə yox, peşəkar tibbi məsləhətə üstünlük verməyi tövsiyə edir./Bakupost
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Teymur Yəhyayev dəfn olundu - (Foto)
-
AzMİ-nin Xətti-bucaq ölçmələri laboratoriyasında yüksək dəqiqlikli yeni bucaq etalonu quraşdırılıb - (Foto)
-
Böhran əvvəlcə pıçıldayır, sonra qışqırır - Böhranlara qarşı erkən xəbərdarlıq sisteminin qurulması
-
Azərbaycanda yeni Komissiya yaradılır
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - (Foto)
-
Sığorta şirkətləri ən çox hansı sahəyə pul ödəyib?
XƏBƏR LENTİ
-
Yardımlıda qaz olmayacaq
-
Ən bərk əti belə pambıq kimi edir: Qazana bircə çay qaşığı əlavə edin
-
Nagihan estetik əməliyyatdan sonra - (Foto)
-
Günün qoroskopu: Köhnə dostlarınızla görüşməyiniz mümkündür
-
Bərdənin Ermənistan tərəfindən dördüncü dəfə raket hücumuna məruz qalmasının ildönümüdür
-
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
-
Seçkidə məğlubiyyətindən sonra ailəsi ilə ABŞ-yə qaçdı
-
Qadın evində qətlə yetirilib, qohumu tutulub - (Video)
-
Rafet El Roman evlənmədən mirasını övladlarına verdi: "Milyonçudurlar"
-
Ulduz futbolçu "Barselona"ya qayıtmaq arzusundadır
-
Salyanda ailə faciəsi - anası, atası və qardaşı arvadını bıçaqladı - (Video)
-
Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Naxçıvanda 17 yaşlı oğlan bıçaqlandı
-
Kəmaləddin Heydərov Ramin Orucova vəzifə verdi
-
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
-
Beynəlxalq Muğam Mərkəzində Qalina Vişnevskayanın 100 illiyi qeyd olunub - (Foto)
-
Qeyri-adi rəssam Tural Bayramovun emalatxanasından reportaj: dünyanı eşitmədən də ona gözəllik bəxş etmək olar - (Foto)
-
Dövlət Baxçalıdan Türk Dünyasına geniş müraciət: "Azərbaycanla qardaşlığımız köklüdür"
-
Fərhad Xəlilovun 80 illik yubileyinə həsr olunmuş “Mənim Abşeronum: Üstə gəl” retrospektiv sərgisi açılıb - (Foto)
-
Putin Pezeşkianla görüşdü - (Video)
-
Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi - (Foto)
-
"Fənərbağça" İsmayıl Kartalla yollarını ayırdı
-
Dollar alıb-satanlara xəbərdarlıq: Limit və şəxsiyyət vəsiqəsi tələbi
-
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum edilir





