“Sovetski”də sökülən evin divarlarındakı rəsmlər DİQQƏT ÇƏKDİ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakının "Sovetski" adlanan ərazisində aparılan söküntü işləri zamanı maraqlı və bir qədər də narahatedici görüntülər üzə çıxıb. Sosial şəbəkələrdə yayılan fotolarda köhnə evlər söküldükcə onların daxili divarlarında cin, şeytan və müxtəlif mistik varlıqlara bənzər rəsmlərin olduğu görünür.
Bu rəsmlərin kim tərəfindən və nə məqsədlə çəkildiyi məlum deyil. Amma diqqət çəkən məqam odur ki, illərlə divarların arxasında qalan bu təsvirlər söküntü zamanı üzə çıxır və insanlarda təəccüb doğurur.
Bəzi paylaşımlarda qeyd olunur ki, paytaxtın müxtəlif yerlərində də zaman-zaman bu tip - satanizmə aid simvollara və rəsmlərə rast gəlmək mümkündür.
"Sovetski" ərazisində üzə çıxan bu rəsmlərlə bağlı rəsmi açıqlama verilməyib.
Bəs satanizm nədir?
Sadə dildə desək, satanizm ənənəvi dinlərə zidd olan bir düşüncə və ya həyat tərzi kimi tanınır. Bəzi insanlar üçün bu, sadəcə üsyankar düşüncə tərzini, qaydalara qarşı çıxmağı simvolizə edir. Yəni onlar bu cür rəsmləri dini məqsədlə yox, etiraz, fərqlənmək və ya diqqət çəkmək üçün çəkirlər.
Psixoloqlar bildirir ki, insanların cin-şeytan rəsmləri çəkməyə meyilli olmasının bir neçə səbəbi ola bilər. Bunlar cəmiyyətə qarşı etiraz hissi, qorxulu və qaranlıq mövzulara maraq, özünü fərqli göstərmək istəyi, gənclər arasında yayılan subkulturaların təsiri, tərk edilmiş binalarda anonim şəkildə özünü ifadə etmək imkanı və s.-dir. Xüsusilə istifadəsiz qalan, nəzarətsiz evlər və binalar bu cür rəsmlərin çəkilməsi üçün "rahat məkan" hesab olunur. Bu isə çox vaxt hansısa dini ayin yox, sadəcə vandalizm və ya özünüifadə forması kimi qiymətləndirilir. /musavat.com
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Tərlan Quliyev vəfat etdi
-
Şeyx: "Qəbul olunan qərarda "hicab" sözü yoxdur" - Yenilənib
-
Bəzi xarici dairələrin Azərbaycanda milli həmrəyliyi pozmaq cəhdləri nəticə verməyəcək - Sahil Kərimli
-
“Zərərli xarici təsirlərə və saxta xəbərlərə qarşı sayıqlığın artırılmasına dəstək” layihəsi çərçivəsində Azərbaycan Dillər Universitetinin tələbələri ilə görüş keçirilib - (Video/Foto)
-
Azərbaycan və Laos xidməti pasportlara vizanı ləğv edir
-
63 yaşlı nənə 16 yaşlı nəvəsi ilə eyni liseydə oxuyur
XƏBƏR LENTİ
-
Kahim Perris Azərbaycan futbol tarixinə düşdü
-
"Sabah" - "Slaviya" oyununun ən yaxşı futbolçusu bəlli olub
-
Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib - (Foto)
-
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazanıb - Yenilənib - (Video)
-
Rusiya və Ukrayna razılaşma əldə etmək istəyir - Tramp
-
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
-
Azərbaycanla Türkmənistan arasında əməkdaşlıq Orta Dəhlizin səmərəliliyini artırır – Mikayıl Cabbarov
-
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
-
İran səfirindən "Sahar Azəri"nin yaydığı görüntülərə reaksiya
-
Türkiyədə narkotik əməliyyatı - 31 nəfər saxlanıldı
-
"Arsenal" Xulian Alvares üçün 100 milyon funt-sterlinq ödəyəcək
-
Sahibə Qafarova Laos Prezidenti ilə parlamentlərarası əlaqələri müzakirə edib - (Foto)
-
Bakıda Türkmənistanın müstəqilliyinin 35-ci ildönümü münasibətilə qəbul keçirilir - (Foto)
-
Mexikoda Azərbaycan mədəniyyəti təbliğ olunur: Səfir Seymur Fətəliyev və deputat Korina Vilyeqas San-Lasaroda sərgi açdılar
-
Elxan Müzəffərov vəfat etdi - (Foto)
-
İki çempion “Survivor 2027”də - (Foto)
-
Rüşvət almaqda ittiham edilən Hüseyn Seyidov vaxtından əvvəl azadlığa buraxıldı
-
Tərlan Quliyev vəfat etdi
-
Azərbaycanda əhalinin borc yükü artıb
-
“Bu gün verilən qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz” - Röya Ayxan
-
Faciəli şəkildə ölən 14 yaşlı qızın (Fotosu)
-
Mərkəzi Banka yeni səlahiyyət verilir
-
Mirziyoyev Bakıda AQEM sammitində iştirak edəcək
-
Azərbaycan Türkiyənin kiçik qardaşı deyil: bir millət, iki dövlət və imperiya iddialarının sərhədləri





