Cəmiyyət

Fevralın 18-də metroda iş vaxtı UZADILACAQ

17 Fevral 2026 11:32
Baxış: 838
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakı Metropoliteni fevralın 18-də UEFA Çempionlar Liqası çərçivəsində "Qarabağ" və İngiltərənin "Nyukasl Yunayted" klubları arasıda keçiriləcək qarşılaşma ilə əlaqədar iş vaxtını 1 saat uzadacaq. 

Milli.Az xəbər verir ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının müraciəti (AFFA) və "Bakı Metropoliteni" QSC-nin paytaxtda təşkil edilən kütləvi tədbirlər planına uyğun olaraq, fevralın 18-dən 19-na keçən gecə bütün stansiyalar saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

Tofiq Bəhramov adına Respublika stadionunun yaxınlığında yerləşən "Gənclik" stansiyasında bir sıra tədbirlər görüləcək. Gücləndirilmiş iş rejimi tətbiq olunmaqla, əlavə işçi qüvvəsi ayrılacaq.

Zərurət yaranarsa, xəttə buraxılmaq üçün ehtiyat qatarlar hazır saxlanılacaq. Qatarların hərəkətinə xüsusi qrafik müəyyən edilsə də, ümumilikdə payız-qış üzrə hərəkət cədvəli qüvvədə saxlanılacaq.

"Nərimanov" və "28 May" stansiyalarında da nəzarət mexanizmləri gücləndiriləcək.

Aysel
Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.