Cəmiyyət

Nazir onu idarə rəisi təyin etdi - FOTO

16 Fevral 2026 18:22
Baxış: 548
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Naxçıvan Muxtar Respublikası (MR) Maliyyə Nazirliyinin strukturuna daxil olan Dövlət Maliyyə Nəzarəti İdarəsinə yeni rəhbər təyin edilib.

Milli.Az "Yurd.media"ya istinadən xəbər verir ki, MR-in maliyyə naziri Həsən İsmayılovun imzaladığı müvafiq əmrə əsasən, Məmmədnağı Asiman oğlu Əkbərov Əkbərov sözügedən idarənin rəisi vəzifəsinə gətirilib.

Bu gün nazirlikdə yeni rəis Məmmədnağı Əkbərovun kollektivə rəsmi təqdimat mərasimi baş tutub. Tədbir zamanı çıxış edən nazir Həsən İsmayılov idarənin işinin daha da təkmilləşdirilməsi, maliyyə nəzarəti mexanizmlərinin effektivliyinin artırılması və müasir dövrün çağırışlarına uyğunlaşdırılması ilə bağlı tapşırıqlarını verərək, Məmmədnağı Əkbərova gələcək fəaliyyətində uğurlar diləyib.

M.Əkbərov göstərilən yüksək etimada görə minnətdarlığını ifadə edib və ona həvalə olunan vəzifələri böyük məsuliyyətlə icra edəcəyini vurğulayıb.

Məmmədnağı Əkbərov 1990-cı il oktyabrın 28-də Şərur rayonunda anadan olub. O, ali təhsilini Naxçıvan Universitetində "İqtisadiyyatın hüquqi tənzimlənməsi" ixtisası üzrə bakalavr pilləsində, Naxçıvan Dövlət Universitetində isə "İqtisadiyyatın tənzimlənməsi" ixtisası üzrə magistr pilləsində alıb.

Peşəkar əmək fəaliyyətinə 2014-cü ildə Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində başlayan Məmmədnağı Əkbərov sonrakı dövrlərdə MR-in İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində direktor müavini vəzifəsində çalışıb. O, 2024-cü ildən etibarən Naxçıvan Şəhər Maliyyə İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edirdi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.