Cəmiyyət

Sevginin yaşı yoxdur - VİDEO

16 Fevral 2026 00:34
Baxış: 457
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bir neçə gün öncə qırmızı "Jiquli"dəki səmimi görüntüləri ilə gündəm olan ahıl cütlük müsahibə verib.

Milli.Az xəbər verir ki, Bayram baba və Maral nənə Cəlilabadda yaşayırlar.

Xanımı böyrək çatışmazlığından əziyyət çəkdiyi üçün, 67 yaşlı Bayram kişi tez-tez onu müayinə üçün həmin maşınla xəstəxanaya aparır. Görüntülər də növbəti belə səfərlərdən birində lentə alınıb.

Maraqlısı isə budur ki, Bayram Şıxəliyev 19 yaşında müəllim işlədiyi məktəbdə tanıyıb həyat yoldaşını. Maral nənənin isə o zamanlar 15 yaşı olub.

Cütlük 45 ildir ki, ailəlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.