Məlum olduğu kimi, 30-cu illər repressiyaları yalnız sovet sisteminə qarşı olan, onunla barışmayan insanları deyil, həm də sistemin özünə inam bəsləyən, ona xidmət edən şəxsləri də hədəf almışdı. Azərbaycanda o dövrün qurbanı olan şəxslər sırasında da yüzlərlə belə insanların adına rast gəlmək mümkündür. Həmin şəxslərdən biri də 1927-1929-cu illərdə Azərbaycanın daxili işlər naziri olmuş Novruz Rzayevdir.
Novruz Kərim oğlu Rzayev 1886-cı ildə Ordubad şəhərində qulluqçu ailəsində anadan olmuşdur. O, əmək fəaliyyətinə fəhlə kimi başlayaraq xalq komissarı vəzifəsinədək yüksəlmişdi. 1905-ci ildən inqilabi fəaliyyətə başlayan Novruz Rzayev həmin ilin iyulundan 1917-ci ilin yanvar ayına qədər fasiləsiz olaraq Culfa-Təbriz şosse yolunda müxtəlif vəzifələrdə çalışıb. Bu dövrdə o, İran Azərbaycanında baş verən milli özünüdərk proseslərində iştirak edib və çar rejiminin təqibləri ilə üzləşib. Sonralar ona qarşı sovet cəza aparatı tərəfindən irəli sürülmüş qondarma ittihamların ayrılmaz tərkib hissəsini də həyatının bu dövrü təşkil edirdi. Oktyabr inqilabı və Azərbaycanın sovet Rusiyası tərəfindən işğalından sonra uzun müddət sovet partiya orqanlarında rəhbər vəzifələrdə çalışan Novruz Rzayev 1927-ci il mayın 22-dən(2 il) Fövqəladə Komissiyadan sonra adını dəyişərək Dövlət Siyasi İdarəsi kimi fəaliyyət göstərmiş təhlükəsizlik orqanına başçılıq etmişdir. Amma burada dəyişən yalnız forma idi, məzmun dəyişməmişdi və bu orqanlar dövlətin yürütdüyü ideoloji xəttə qulluq edən repressiya aləti idi.
Novruz Rzayev sovet ideologiyasına ürəkdən inanır və bu sistemin onun xalqının əsas problemlərini həll edəcəyinə ümid bəsləyirdi. Amma getdikcə onun bu inamı sarsılır, hər keçən gün ona yanıldığı barədə açıq sübutlar göstərirdi. N.Rzayev öz vəzifəsində çalışdığı müddətdə müvafiq orqanda özünü büruzə verən nöqsanları kəskin şəkildə tənqid etmiş və onların aradan qaldırılması üçün əlindən gələn səyləri göstərməyə çalışmışdır. O, mərkəzə yazdığı məktublarda dəfələrlə repressiyalara, xalqımıza qarşı həyata keçirilən əsassız siyasi təqiblərə qəti etirazını bildirmişdir. Lakin o inanmaq istəmirdi ki, milli mənlik şüurunun oyanmasının və başqa respublikalara yayılmasının qarşısını almaq üçün bolşevik hökuməti kütləvi repressiyaları zəruri hesab edirdi. Buna rəhbərlik edən və yol açan mərkəzi hökumət nəinki onun müraciətlərinə biganə qalır, ziyalı insanları sıradan çıxarmaqla xalqları kütlə psixologiyası ilə idarə etməyə yönəlmiş siyasət yürüdürdü. Belə bir şəraitdə Novruz Rzayev də inam bəslədiyi qəddar rejimin qəzəbinə gəlir.
Yuxarılara etiraz məktubları
Ona qarşı saxta ittihamlar baş alıb gedir. Hətta mərkəzi mətbuat orqanı olan "İzvestiya" qəzeti onunla bağlı "Sovet aparatında jandarmlar" adlı məqalə dərc etdirir. Bu, sifariş əsasında yazılmış məqalədə Novruz Rzayev əksinqilabçı təşkilatlarla əlaqədə, dövlət əmlakına laqeyd münasibət bəsləməkdə ittiham olunur. Bu haqsızlığa dözməyən N.Rzayev Moskvaya - Orconokidzeyə, Molotova, Yaroslavskiyə ünvanladığı məktubda özünə qarşı irəli sürülmüş ittihamları təkzib edir. Hətta 1956-cı ildə Mircəfər Bağırovun cəza qrupunun məhkəməsi zamanı Novruz Rzayevin istintaq işinin içindən onun Stalinə göndərdiyi bir məktubu çıxmışdır. Həmin məktubda onun 1937-38-ci illərdə baş verən kütləvi repressiyalara qarşı etirazı yer alır.
O, əsaslı dəlillər gətirərək, adını ləkələməyə çalışanların susdurulmasını tələb edir. Amma suyu bulandıranlar elə onun müraciət etdiyi orqanlarda oturmuşdu.
Çalışdığı təhlükəsizlik orqanlarında dövlətin birbaşa həyata keçirdiyi repressiyaların forma və metodlarını bilən Novruz Rzayev artıq yuxarılara əngəl olmağa başlamışdı. O, Moskvanın çirkin planlarının həyata keçirilməsinə ciddi maneçilik törədirdi. Elə buna görə də 1929-cu ilin oktyabrında onu Dövlət Siyasi İdarəsinin rəhbərliyindən uzaqlaşdırdılar. Amma bu planı quran şəxslər onu siyasi sistemdən tam kənarlaşdırmağa müvəffəq ola bilmədilər. Bu faktı N.Rzayevin sonradan partiya-təsərrüfat orqanlarında yenidən yüksək vəzifələrə irəli çəkilməsi təsdiqləyir.
1930-cu ilin fevralında Azərbaycan Kommunist Partiyasının razılığı ilə Rzayev Perm şəhərinə getmiş və orada Meşə Sənaye Təsərrüfatının direktoru vəzifəsində işləmişdi. 1931-ci ildə o, Sverdlovsk şəhərində trest müdiri təyin edilmişdir. 1933-cü ilin fevralında isə o, Ümumittifaq Kommunist Partiyası Mərkəzi Komitəsi tərəfindən Cənubi Qazaxıstan Vilayət İcraiyyə Komitəsinin sədr müavini vəzifəsinə göndərilmişdir. Qazaxıstana partiya işinə onu həmin vilayətin icraiyyə komitəsinin sədri vəzifəsində çalışan Mirzoyan dəvət etmişdir. Burada erməni hiyləsinin izləri özünü göstərməkdədir. Məlumdur ki, Azərbaycan ziyalılarına, məmurlarına qarşı başlanılmış istintaq işlərinin əksəriyyətini erməni müstəntiqləri aparmışlar. Onlar bir qayda olaraq, bolşevik, menşevik, daşnak kimi adlarla pərdələnsə də, millətimizə qarşı düşmənçilik hissləri hər zaman özünü büruzə verib.
Erməni fitvası ilə güllələnmə qərarı
N.Rzayev 1937-ci il oktyabr ayının 31-də Alma-Ata şəhərində Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığının qərarı ilə həbs edilərək Bakıya gətirilir. Təsadüfi deyil ki, onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi haqqında qərara da Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığının Dövlət Təhlükəsizliyi İdarəsinin 2-ci şöbəsinin rəisi Qriqoryan razılıq verir. İstintaq materiallarından məlum olur ki, Novruz Rzayev ilə üzləşdirmədə Mirzoyan ona qarşı çıxır. O, Rzayevin Qazaxıstan millətçiləri ilə əlaqədə olduğu barədə ittihamlar irəli sürür. Buradan belə qənaətə gəlmək olar ki, azərbaycanlılara qarşı repressiyalar əslində düşünülmüş bir planın tərkib hissəsidir. Təbii ki, həmin çirkin plan Azərbaycanın düşünən beynini aradan qaldırıb, sonradan onun taleyini yad şəxslərin əlinə vermək məqsədi daşıyırdı. Onun işini aparan müstəntiqlərin savadsızlığının və qondarma işi tələm-tələsik bitirmək marağında olmasının parlaq nümunəsi kimi bir faktı göstərmək yerinə düşər. Müttəhimin həbsi haqqında qərarda məhkumun doğulduğu Ordubad şəhərinin belə İrana mənsub olması göstərilib.
Novruz Rzayev 1939-cu il avqustun 2-də Qazaxıstan SSR Xalq Daxili Işlər Komissarlığı qoşunlarının Hərbi tribunalının məhkəməsinin qərarına əsasən bəraət alıb. Amma 1940-cı il yanvarın 5-də saxtalaşdırılmış sənədlər əsasında təkrar həbs olunaraq, SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının hökmü ilə 1941-ci il iyunun 30-da ölüm cəzasına məhkum edilib. 1955-ci il mart ayının 19-da o, SSRI Ali Məhkəməsinin Hərbi Kollegiyasının sərəncamı ilə bəraət almışdır.
"Azadlıq" qəzeti
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
İnam bəslədiyi sistemin qurbanı: Novruz Rzayev
9 Avqust 2012 18:49
Baxış: 1 612
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
DİGƏR XƏBƏRLƏR
-
“Yeni ildə atamı istəyirəm...” - FOTO
-
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva “Təmiz Dünya” sığınacağında olublar - FOTO
-
Mənfi duyğular yaradan 3 rəng
-
Sumqayıtda qaz kəsiləcək
-
Azərbaycanın ən gənc şəhidi odur - FOTO
-
Leyla Əliyeva Mərkəzi Nəbatat bağında uşaqlar üçün təşkil olunan tədbirdə iştirak edib - FOTO
XƏBƏR LENTİ
-
Mətbəxdə taxta qaşıqdan istifadə təhlükəlidirmi?
-
Yaşlandıqca niyə özünəinam zəifləyir?
-
Dərmansız boğaz ağrısının qarşısını almağın 5 yolu
-
"Uzak şehir"in çəkilişləri dayandırıldı
-
Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın
-
Soyuducunu necə düzgün təmizləməli? - Mükəmməl təmizlik üçün addım-addım təlimat
-
“Friends”in aktyoru vəfat etdi - FOTO
-
Bakının 2 rayonunda qaz kəsiləcək
-
“Yeni ildə atamı istəyirəm...” - FOTO
-
Sadettin Saran yenidən saxlanılıb
-
Kommunal ödənişlərin qiyməti dəyişə bilər - "Artım məcburi olmayacaq"
-
Günün qoroskopu: İşlə bağlı bəzi planlarınızı gizli tutun
-
AZAL təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğramasından bir il ötür
-
İlham Əliyev ad gününü ailə üzvləri ilə qeyd edib - FOTO
-
Mir Şahinə biskvit satırdım - Röya
-
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva “Təmiz Dünya” sığınacağında olublar - FOTO
-
Evin hüzurunu qaçıran ağaclar: Mütəxəssislərdən ciddi xəbərdarlıq
-
Sosial şəbəkələrdə yeni dələduzluq növü - "az yatır, çox götür" - VİDEO
-
“İstəmirəm ki, atam məhəlləyə utana-utana çıxsın”
-
Emin Əmrullayev yeni prorektor təyin etdi - FOTO
-
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva internat tipli xüsusi ümumtəhsil məktəbində olublar - FOTO
-
Mətanət Piriquliyeva işdən çıxarıldı
-
Qroznıda AZAL-ın təyyarə qəzası qurbanlarının xatirə lövhəsi açılıb - FOTO
-
Mənfi duyğular yaradan 3 rəng





