Cəmiyyət

Sabahdan metro və avtobuslarda sıxlıq OLACAQ

15 Fevral 2026 13:30
Baxış: 1 222
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda ali təhsil müəssisələrində yaz semestrinin başlaması ilə əlaqədar olaraq paytaxtda ictimai nəqliyyatda sərnişin sıxlığının artacağı gözlənilir.

Milli.Az xəbər verir ki, xüsusilə səhər və axşam saatlarında tələbələrin dərsə gediş-gəlişi ilə bağlı Bakı Metropoliteni stansiyalarında və şəhərdaxili avtobus marşrutlarında sıxlıq müşahidə oluna bilər. Bu hal ən çox universitetlərin yerləşdiyi ərazilərə yaxın nəqliyyat xətlərində özünü göstərəcək.

Qeyd edək ki, yeni tədris dövrünün başlaması ilə təkcə tələbələr deyil, müəllim heyətinin də aktiv şəkildə dərs prosesinə qayıtması şəhərin nəqliyyat infrastrukturunda əlavə yüklənməyə səbəb olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.