Cəmiyyət

“Koroğlu” metrosu istiqamətində hərəkət dayandırıldı

14 Fevral 2026 00:05
Baxış: 354
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Suraxanı rayonu, Aeroport şosesində ("Buta Palace" yaxınlığında) mövcud istismar müddətini başa vurmuş elektron məlumat-sürət tablolarının üzərində olduğu metal konstruksiyanın bir hissəsinin söküntü işlərinə başlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Milli.Az-a bildirilib.

Bu səbəbdən Hava limanı yolundan (Hava limanı körpüsündən) "Koroğlu" metrostansiyası istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib. Mərdəkan şosesindən gələn sürücülər alternativ yol olaraq Zığ şosesi istiqamətinə yönləndirilir.

Məhdudiyyətin tətbiq olunduğu müddətdə nəqliyyat vasitələrinin rahat hərəkəti üçün yol polisi tərəfindən zəruri tədbirlər görülür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.