Cəmiyyət

“ARB”nin yayımı 24 saatlıq dayandırılacaq

13 Fevral 2026 20:05
Baxış: 589
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Respublikası Audiovizual Şurasının onlayn iclasında "ARB" kanalının efirində "Reklam haqqında" Qanunun pozulması faktı müzakirə olunub.

Milli.Az şuraya istinadən xəbər verir ki, 8 fevral 2026-cı il tarixində kanalın efirində saat 13.38-də yayımlanan reklam materialında endirimin və ödəniş şərtlərinin reklamda aydın və düzgün şəkildə göstərilməməsi aşkarlanıb.

Bildirilib ki, faktla bağlı zəruri araşdırmalar aparılıb və "Reklam haqqında" Qanunun 7-ci maddəsinin tələblərinin pozulması təsbit olunub. Belə ki, həmin reklamda təqdim olunan məlumatlar "Reklam haqqında" Qanunun 7.1.4-cü maddəsinə əsasən əmtəənin qiyməti, qiymət güzəştləri, əldəetmə və ödəniş şərtləri barədə məlumatları təhrif edilmiş, həqiqətə uyğun olmayan şəkildə əks etdirdiyinə görə qeyri-dəqiq reklam hesab olunur və həmin Qanunun 7.2-ci maddəsinə görə qeyri-dəqiq reklama yol verilmir.

"Cari ilin əvvəlindən televiziya kanalının efirində belə pozuntuların bir neçə dəfə baş verməsini, kanala müvafiq bildirişlərin göndərilməsini nəzərə alaraq Audiovizual Şuranın üzvləri "ARB" kanalına qarşı sərt sanksiya tədbirinin tətbiq edilməsi və kanalın yayımının 16 fevral tarixində saat 08.00-dan başlayaraq 24 saat müddətinə müvəqqəti dayandırlması barədə qərar qəbul ediblər", - məlumatda vurğulanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.