Cəmiyyət

Sabah 16:00-dək işıq olmayacaq

13 Fevral 2026 17:04
Baxış: 454
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sabah Naxçıvan Muxtar Respublikası (MR) Ordubad rayonunun üç kəndində elektrik enerjisinin verilişi dayandırılacaq.

Milli.Az xəbər verir ki, fevralın 14-də "Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) tərəfindən planlı təmir-bərpa işləri aparılacaq.

Bununla əlaqədar Düylün 35/10 kV-luq yarımstansiyadan çıxan Aza 10 kV-luq elektrik xətti razılaşdırılmış sifariş əsasında açılacaq. Aparılacaq işlərlə əlaqədar Aza, Azad və Dar kəndlərində saat 14:00-dan 16:00-dək elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.