Hava kəskin dəyişir - Nazirlikdən XƏBƏRDARLIQ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, fevralın 10-11-də ölkə ərazisində kəskin hava şəraitinin müşahidə olunacağı, güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağıntılar, o cümlədən qar yağacağı, temperaturun xeyli enəcəyi proqnozlaşdırılır.
Milli.Az xəbər verir ki, qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır.
Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir. Bundan əlavə, kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar.
Eyni zamanda, soyuq hava şəraiti qaz və elektrik qızdırıcı cihazlarından istifadənin xeyli artmasına səbəb olduğundan bu cihazlardan istifadə zamanı yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməli, dəm qazı təhlükəsinə qarşı diqqətli davranılmalıdır. Nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməməli, elektrik şəbəkəsi həddindən artıq yüklənməməli, işlək vəziyyətdə olan qızdırıcı cihazlar nəzarətsiz qoyulmamalıdır.
Bundan başqa, xüsusilə dağlıq ərazilərdə vətəndaşlar şaxtalı və qarlı havada mümkün qədər yaşayış məntəqəsini tərk etməməli, belə bir zərurət yarandıqda hərəkət istiqaməti barədə yaxınlarını əvvəlcədən məlumatlandırmalı, avtomobilin texniki göstəricilərinin fəslə uyğunluğunu və kifayət qədər yanacaq ehtiyatını təmin etməlidirlər. Qar uçqunu ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzmək və günün qaranlıq vaxtına qalmadan yaşayış məntəqəsinə geri dönmək tövsiyə olunur.
Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bakının bu istiqamətində dəmir yolu ilə bağlı yenilik
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılış mərasimində iştirak edib - (Foto)
-
Azərbaycanda qripə qarşı peyvəndləmə başlayır
-
Kiçik biznesin böyük hədəflərinə Ziraat Bank Azərbaycandan sərfəli maliyyə dəstəyi!
-
Yağış yağacaq, külək əsəcək - Proqnoz verildi
-
Sulutəpəyə gedənlərin nəzərinə - Yol bağlandı
XƏBƏR LENTİ
-
19 ev, milyonlarla dollar, qızıl külçələr - Ramin İsayevin əmlakları - (Foto)
-
Bakının bu istiqamətində dəmir yolu ilə bağlı yenilik
-
Evdə köhnə 1000 manatınız varsa, bu xəbərə diqqət edin - (Foto)
-
Türkan Vəlizadə: “Mən heç vaxt o tərbiyəsizliyi etmərəm”
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb
-
2 vəkilə töhmət verildi, 4-nə xəbərdarlıq edildi
-
Kvaratsxeliya ilə bağlı pis xəbər: 9 ay...
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılış mərasimində iştirak edib - (Foto)
-
Azərbaycanda qripə qarşı peyvəndləmə başlayır
-
Həbsdə olan azərbaycanlı müğənni: "Heç kim namusuma ləkə gətirə bilməz" - (Foto)
-
Azərbaycanda vəzifəli şəxs saxlanıldı - (Foto)
-
Kiçik biznesin böyük hədəflərinə Ziraat Bank Azərbaycandan sərfəli maliyyə dəstəyi!
-
“Barselona”nın əsas futbolçularından daha biri “Real”la matçı buraxacaq
-
Gürcüstandan azərbaycanlılar deportasiya olundu
-
Buta Gallery-də Elşən Karaca və Namiq Məmmədovun əsərlərini bir araya gətirən “İki baxış. Bir dünya” sərgisi açılacaq
-
Burak Özçivit azərbaycanlı ifaçının çıxışını paylaşdı – (Video)
-
Şimali Makedoniyanın Prezidenti İlham Əliyevə zəng edib
-
Azərbaycanda bəzi sahibkarlara maliyyə sanksiyası tətbiq edilib
-
31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxslər” elan edildi
-
Fransada qırıcı təyyarə qəzaya uğradı
-
Netanyahu hücuma hazırlaşdı, Tramp qarşı çıxdı
-
Dələduzluq edən şirkət rəhbəri saxlanıldı
-
Yağış yağacaq, külək əsəcək - Proqnoz verildi
-
Sulutəpəyə gedənlərin nəzərinə - Yol bağlandı





