Yeni lüğətimizdə nə qədər söz olacaq?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Cənab Prezidentin həm Elmlər Akademiyasının yubileyindəki çıxışında, həm də yerli televiziyalara verdiyi müsahibələrdən sonra dilə münasibət baxımından inqilabi dəyişikliklər baş verib.
Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında Əməkdar elm xadimi, akademik Nizami Cəfərov bildirib.
O, qeyd edib ki, dilçilərimiz çalışırlar ki, deyilən tövsiyələri yerinə yetirsinlər.
"Orfoqrafiya lüğətinə həqiqətən də ehtiyacımız var. İndi əlimizdə xeyli material var ki, daha münasib orfoqrafiya lüğəti hazırlaya bilək. Yeni orfoqrafiya lüğətinin hazırlanmasında həm də süni intellekt texnologiyasında istifadə edilir. Çünki dilin lüğət korpusu bütünlüklə hesablanmalıdır. Azərbaycan dilində nə qədər söz varsa, onları bir yerdə toplaya bilsək, təxminən yarım milyonadək söz edəcək. Yarım milyon sözün orfoqrafiya lüğətində yüz minə qədəri əksini tapsa yaxşı olar".
Akademik vurğulayıb ki, əslində, əsas məsələ orfoqrafiya lüğətinin tərtib edilməsi deyil, orfoqrafiya qaydalarının normal olmasıdır.
"Orfoqrafiya qaydalarındakı bəzi problemlər həll olunub dəqiqləşəcəksə, lüğəti istənilən ziyalı, dillə bağlı qurum tərtib edə bilər".
Dilçi alim həmçinin qeyd edib ki, terminologiya sahəsində ciddi problemlərimizin olduğunu düşünmür.
"Azərbaycanda terminologiya ilə məşğul olan yaxşı mütəxəssislərimiz var. Hər bir terminologiyanı həmin sahənin mütəxəssisləri hazırlayır", -deyə o əlavə edib.
Qeyd edək ki, bu il yeni Orfoqrafiya və Orfoepiya lüğətləri nəşr edilməlidir. Dilçilik İnstitutunda hazırlanacaq Orfoqrafiya və Orfoepiya lüğətləri tezlik sistemi ilə işlənilir. Yeni lüğət süni intellektin köməyilə hazırlanmış ilk orfoqrafiya lüğəti olacaq.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Kasıblıq tələsi yaradan 4 cümlə: Psixoloqlardan maliyyə xəbərdarlığı
-
Smartfon Wi-Fi-ya qoşulduqda belə gigabayt "yeyir": dayandırmağın yolu
-
Qəhvəyə 1 çay qaşığı əlavə edin: Şəkəri əvəz edir, arıqlamağa kömək edir
-
Evli kişilərin tualetdə uzun müddət qalmağının səbəbi
-
Məşhur ulduzların səhnəyə çıxmazdan əvvəlki qəribə vərdişləri
-
Süni intellektə bu sualı verməyin - nəticəni oxuyan xəstəxanaya qaçır
-
Şabalıd soyarkən çətinliyə son: Küçə satıcılarının gizli fəndı
-
İran ABŞ ilə danışıqlar üçün 7 günlük plan təklif edib - Əraqçi
-
Koronavirus yenidən yayılmağa başlayıb - (Video)
-
Qurban Bayramov vəfat etdi
-
Günün qoroskopu: Keçmişdə verdiyiniz bəzi qərarlar bu gün öz təsirini göstərəcək
-
Bərdədə ağır qəzada həlak olan iki dostun fotosu
-
Sabah Şəkidə qaz olmayacaq
-
Bütün sərnişinlərin öldüyü qəzanın səsyazısı yayıldı - (Video)
-
“Amay” Ticarət Mərkəzinin damı təhlükə saçır - (Video)
-
Dövlət Baxçalıya ağır itki üz verdi
-
Təyyarə havaya qalxmazdan əvvəl alovlandı - (Video)
-
Rusiyanın Zaporojyeyə hücumu nəticəsində 18 nəfər həlak olub
-
Nəvainin həbsdən sonra ilk görüntüsü - (Foto)
-
55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi - (Video)
-
Bəzi ərazilərdə işıq olmayacaq - Yenilənib
-
Əli Məmmədova vəzifə verildi
-
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
-
Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var





