Cəmiyyət

Neftçalada FHN işçilərinin peşə bayramı qeyd olunub - FOTOlar

16 Dekabr 2025 11:23
Baxış: 71
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Neftçala rayonunda Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının peşə bayramı münasibətilə dəyirmi masa keçirilib.

Milli.Az xəbər verir ki, dəyirmi masada Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının sədri və Neftçala Rayon Yanğından Mühafizə Hissəsinin şəxsi heyəti iştirak ediblər.

Tədbir iştirakçıları tərəfindən Ümummilli Lider Heydər Əliyevin Neftçala şəhərinin mərkəzində ucaldılan abidəsi ziyarət edilib, abidənin önünə gül dəstələri qoyulub və Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla yad edilib.

İlk öncə, Ulu Öndər Heydər Əliyevin, həmçinin Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi uğrunda şəhid olan hərbi qulluqçuların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov bildirib ki, bu il Azərbaycan dövlətçiliyi üçün mühüm əhəmiyyət kəsb edən qurumlardan biri olan Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 20 illiyi qeyd olunur. Bu əlamətdar tarix yalnız bir nazirliyin fəaliyyəti ilə deyil, eyni zamanda dövlətimizin təhlükəsizlik, insan həyatının qorunması və dayanıqlı inkişaf siyasətinin bariz nümunəsi kimi dəyərləndirilir. Müstəqil Azərbaycanın memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf xətti bütün sahələrdə olduğu kimi, fövqəladə halların idarə olunması sisteminin formalaşmasında da əsas istiqamət olub. Məhz bu möhkəm siyasi təməl üzərində 2005-ci ildə Fövqəladə Hallar Nazirliyi yaradılıb və qısa müddət ərzində müasir texnologiyalara əsaslanan, peşəkar kadr potensialına malik çevik və güclü bir qurum kimi formalaşıb.

RİH-in başçısı qeyd edib ki, Prezident cənab İlham Əliyevin daim diqqət və qayğısı nəticəsində Fövqəladə Hallar Nazirliyi ən müasir texnika və avadanlıqlarla təchiz olunub, beynəlxalq standartlara cavab verən struktur kimi fəaliyyət göstərir. Dövlət başçısının rəhbərliyi altında həyata keçirilən islahatlar nazirliyin fəaliyyətinin səmərəliliyini daha da artırıb, əhalinin təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Fövqəladə Hallar Nazirliyinin şəxsi heyəti hər zaman peşəkarlıq, fədakarlıq və vətənpərvərlik nümayiş etdirərək ən çətin anlarda vətəndaşların yanında olub, minlərlə insanın həyatının xilas edilməsinə, çoxsaylı faciələrin qarşısının alınmasına nail olublar.

Tədbirdə, həmçinin Neftçala Rayon Yanğından Mühafizə Hissəsinin rəisi Rüfət Qorçiyev, təqaüddə olan polkovnik-leytenant İkram Səlimov, FHN Muğan Regional Mərkəzinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin şöbə rəisi Sübhan Nağıyev və FHN Dövlət Yanğından Nəzarət Xidməti Muğan Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin inspektoru, daxili xidmət kapitanı Əlişükür Cavadov çıxış edərək Fövqəladə Hallar Nazirliyinin yaranma tarixi və keçdiyi inkişaf yolundan bəhs ediblər. Çıxışlarda Prezident cənab İlham Əliyevin Fövqəladə Hallar Nazirliyinə göstərdiyi diqqət və qayğı nəticəsində nazirliyin maddi-texniki bazasının möhkəmləndirildiyi, şəxsi heyətin peşəkarlıq səviyyəsinin yüksəldiyi və əhalinin təhlükəsizliyinin təmin olunması sahəsində mühüm nailiyyətlərin əldə edildiyi xüsusi vurğulanıb.

Tədbirin sonunda xidmətdə fərqlənən bir qrup Fövqəladə Hallar Nazirliyinin əməkdaşı fəxri fərmanlarla təltif olunublar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.