Xəzərin suyu çəkilir - Üzə çıxan ərazilərdə nəsə tikiləcək?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xəzər dənizində suyun çəkilməsi son vaxtlar cəmiyyətdə ciddi narahatlıq doğuran məsələlərdən birinə çevrilib. Artıq adi gözlə belə sahilboyu ərazilərdə xeyli torpaq sahəsinin quruda qaldığı müşahidə olunur. Bu vəziyyət bəzilərinin həmin ərazilərdə yaşayış binaları və digər tikililərin inşa olunacağı ilə bağlı fikirlər səsləndirməsinə səbəb olub.
Digər bir qisim isə bildirir ki, bu cür ərazilərdə hər hansı tikinti işlərinin aparılması ciddi təhlükə yarada bilər. Onların fikrincə, burada yaşayış və ya digər obyektlərin tikintisi təhlükəsizlik baxımından məqsədəuyğun deyil.
Görəsən, quruda qalmış ərazilərdə bina və tikililərin inşası nə dərəcədə təhlükəsizdir?
Tikinti məsələləri üzrə ekspert Samir Nəbiyev Milli.Az-a açıqlamasında bildirib ki, Xəzər dənizində suyun səviyyəsinin azalması bir sıra elmi amillərlə izah olunub.
Onun sözlərinə görə, bu proses tektonik plitələrin bir-birindən aralanması və əsasən Volqa çayında suyun azalması ilə əlaqələndirilir.
Ekspert hesab edir ki, istənilən halda, əgər həmin ərazidə hər hansı tikinti və ya bina inşa olunacaqsa, təhlükəsizlik tədbirləri mütləq nəzərə alınmalıdır:
"Bu, bəndləmə işləri, svaylar və digər möhkəmləndirmə tədbirlərinin həyata keçirilməsi ilə mümkündür. Ən vacib məqamlardan biri də budur ki, tikintiyə başlamazdan əvvəl mütləq şəkildə layihə sənədi hazırlanmalı və aidiyyəti qurumlar tərəfindən təsdiqlənməlidir. Layihə təsdiqləndikdən sonra tikintiyə icazə verilir".
O əlavə edib ki, tikinti zamanı texniki təhlükəsizlik qaydalarına ciddi şəkildə əməl olunmalıdır. Lakin ekspertin fikrincə, suyun çəkilməsi təbii proseslərlə bağlı olduğu üçün həmin ərazidə yaşayış binasının inşasına icazə verilməsi real görünmür:
"Əgər tikintiyə icazə verilsə belə, bu, yalnız qeyri-yaşayış və ictimai iaşə obyektləri ola bilər. Onlar da ancaq xüsusi dayaq sistemləri svaylar üzərində inşa oluna bilər".
Mina Mikayılova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Türkiyədə alt paltarı mağazasının dua ilə açılması müzakirə yaratdı (Video)
-
Qarabağda nəhəng su layihəsi - 700 min nəfərə şad xəbər
-
Penitensiar Xidmətin yeni rəisi kimdir? - Dosye
-
Mirsaleh Seyidov ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilib
-
Penitensiar xidmətə yeni rəis təyin edildi
-
Bakıda bu binalar sökülür: Kvadratmetrə görə 2 800 manat kompensasiya
XƏBƏR LENTİ
-
Sükan arxasında telefon işlədənlərə yeni qayda gəlir
-
Bəyi ilk dəfə toyda görən gəlinin üz ifadəsi diqqət çəkdi (Video)
-
Yevlaxda yol qəzasında iki nəfər öldü
-
Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər - (Video)
-
Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu
-
Türkiyədə alt paltarı mağazasının dua ilə açılması müzakirə yaratdı (Video)
-
Bakı dünyaya şüar yox, təcrübə təqdim edir
-
Beynəlxalq Muğam Mərkəzində Cefri Verbokunun 75 illik yubileyi qeyd olunub - (Foto)
-
Salyanda bir ailənin üç üzvü bıçaqlandı - Ölən var - (Yenilənib)
-
Modeli döyən iş adamına hökm oxundu
-
Tanınmış din xadimi xəstəxanaya yerləşdirildi
-
"Umdum ki, Fədayə Laçın yanıma gəlsin, amma gəlmədi"
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakına dair paylaşım edilib - (Video)
-
Qarabağda nəhəng su layihəsi - 700 min nəfərə şad xəbər
-
Türk serialı cəmi 2 bölüm davam gətirdi – Aktyorlar ağladı - (Video)
-
Ermənistan parlamentinin iclasında insident - (Video)
-
Arda Mbappenin gözünü yolda qoydu (Video)
-
Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib (Foto)
-
Zaur Baxşəliyev Zəngilanda ağsaqqalla ayaqyalın rəqs etdi – (Video)
-
Danlanın yenidən vəziyyəti pisləşdi - (Foto)
-
Qəbələdə yeni su anbarı tikilir
-
Kənd təsərrüfatı məhsullarının istehsalı müəssisələri üçün ƏMTQ hədləri müəyyənləşib
-
Penitensiar Xidmətin yeni rəisi kimdir? - Dosye
-
Mirsaleh Seyidov ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilib





