Cəmiyyət

Elektron Təhlükəsizlik Xidmətinin rəhbəri dəyişdi - FOTO

21 Avqust 2025 16:28
Baxış: 565
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə (ETX) yeni rəhbər təyin edilib.

Milli.Az Qaynarinfo-ya istinadən xəbər verir ki, DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktor müavini Fərid Zeynalov vəzifəsindən azad edilərək ETX-yə rəis gətirilib.

Elektron Təhlükəsizlik Xidmətinin sabiq rəisi Rəsulov Samir Germanoviç isə müvafiq əmrlə vəzifəsindən azad olunub.

Qeyd edək ki, Fərid Zeynalov 2014-cü ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində sektor müdiri, 2019-cu ildən isə E-xidmətlər və innovasiyalar şöbəsinin müdiri olub. 

Fotolarda: Fərid Zeynalov 

Fotolarda: Samir Rəsulov 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.