Bu gün ümumtəhsil müəssisələrində keçirilən "Son zəng" tədbirləri ilə əlaqədar yol polisi əməkdaşları ölkə üzrə gücləndirilmiş iş rejimdə xidmət aparır, hərəkət iştirakçılarının təhlükəsizliyinə ciddi nəzarət olunur.
Milli.Az xəbər verir ki, bu barədə DİN məlumat yayıb:
"Təəssüf ki, əvvəlki illərin təcrübəsi göstərir ki, bəzən məzunlar ailə üzvlərinə məxsus avtomobillərin sükanı arxasına keçərək həm özləri, həm də digərləri üçün təhlükə yaradır. Belə hallar yalnız qanun pozuntusu deyil, eyni zamanda həyat və sağlamlıq üçün ciddi riskdir.
Bu xüsusda valideynlərə və məzunlara bir daha xatırladırıq: Nəqliyyat vasitələrinin sürücülük hüququna malik şəxslər tərəfindən idarə olunması qanunvericiliyin tələbidir və bu qaydaya əməl edilməsi hər bir kəsin həm hüquqi, həm də mənəvi məsuliyyətidir".
Asya
Milli.Az