Cəmiyyət

İtkin düşən şəxsin qohumu: "Ayağı kəsilib, gözləri yoxdur"

12 İyun 2025 12:11
Baxış: 1 150
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İyun ayının 1-də Quba rayonunun 23 yaşlı sakini Samir Rüstəmov şəhər ərazisində su kanalına düşdüyü ehtimal olunurdu. Uzun sürən axtarışlardan sonra onun cəsədi Taxta körpü su anbarında suyun üzərində aşkar olunub. 

Milli.Az xəbər verir ki, mərhumun qohumu Məmməd Balabəyovun sözlərinə görə, hadisə gecə saatlarında baş verib:

"İş yoldaşları ilə yeyib içən Samir kanalın ətrafına gəlib və kanala düşüb. Dostları onu kanaldan çıxarmağa çalışsalar da buna nail ola bilməyiblər. Onun bədəni tanınmaz hala düşmüşdü. Ayaqları kəsilib, gözləri yox vəziyyətdə idi". 

Qeyd edək ki, gəncin axtarışları üçün əraziyə dalğıc xilasediciləri cəlb olunaraq kanala suyun verilişi dayandırılmışdı.

Aysel Əkbər
Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.