Cəmiyyət

Onların orta əməkhaqqı 9 %-dan çox ARTDI

9 İyun 2025 12:29
Baxış: 455
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu ilin yanvar-mart aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 357,3 manat təşkil edib.

Bu barədə Milli.Az-a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, paytaxtda orta aylıq əməkhaqqı 2024-cü ilin yanvar-mart ayları ilə nisbətən 9,1 % artıb.

Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 10 % artaraq 1 083,8 manat təşkil edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.