Cəmiyyət

"Qadın alt paltarı satanlar özlərini psixoloq, dietoloq kimi tanıdır"

21 Aprel 2025 13:53
Baxış: 1 787
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tanınmış psixoloq Samirə Bağırova açıqlaması ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, o, həmkarlarını və dietoloqları "daş-qalaq" edib. 

Psixoloq sözlərinə belə davam edib:

"Saxtakarlıq baş alıb gedir. Son zamanlar sosial şəbəkələrdə heç ümumiyətlə ali təhsilləri olmayan, 9 sinif bitirmiş fırıldaqçılar, utanmadan özlərini psixoloq, dietoloq kimi qələmə verir. Sosial şəbəkə hesablarından istifadə edərək, xalqa özlərini mütəxəssis kimi qələmə verib, ağıl qoyub, məsləhətlər verirlər. Belə nümunələr çoxdu. Vallahi, Rusiya bazarlarının piştaxtalarında qadın alt paltarları satan satıcılar tanıyıram ki, indi özlərini psixoloq, dietoloq kimi "Tik-tok"da qələmə verib, "İnstagram"da  fikir yürüdürlər. Düşünürəm ki, bu kimi fırıldaqçılar aşkarlanıb məsuliyyətə cəlb edilməlidir və ictimaiyyətə məlumat verməlidirlər". 

Musa
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.