Cəmiyyət

Nadir İsmayılovun Britaniyadakı 5 milyonluq hesabına həbs qoyuldu

6 Mart 2025 09:31
Baxış: 1 046
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Zaminbank" ASC-nin (red.-fəaliyyəti dayandırılıb) məhkum edilmiş sədri Nadir İsmayılovun Böyük Britaniyadakı bank hesabında 2,5 milyon funt-sterlinq (5,4 milyon AZN) pul aşkar edilməsi və Azərbaycanın icra şöbəsinin həmin hesab üzərinə həbs qoyulması müraciəti barədə məlumat vermişdik.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  Bakı Ağır Cinayətlər Məhkəməsi icra şöbəsinin təqdimatını təmin edib.

Qərara əsasən, Nadir İsmayılova məxsus bank hesabındakı 5,4 milyon manata həbs qoyulub.

Qeyd edək ki, N.İsmayılov 2004-2016-cı illərdə "Zaminbank"ın sədri olub.

Mənimsəmə, dələduzluq və digər cinayətlərdə təqsirli bilinən İsmayılov 10 il azadlıqdan məhrum edilib.

Məhkəmə istintaqı ilə sübut edilib ki, "Zaminbank"ın ümumi öhdəlikləri 175 milyon manata yaxındır. Bu məbləğin 84,5 milyon manatı Mərkəzi Bank qarşısındadır. Sözügedən səbəbdən bank sahibinin Bakının müxtəlif ərazilərində olan daşınmaz obyektləri, o cümlədən lüks avtomobilləri müsadirə edilmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.