APA-nın məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədr müavini Namiq Babayev bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, imtahan respublikanın 6 şəhərində - Bakıda 30, Naxçıvanda 3, Gəncədə 7, Sumqayıtda 6, Şəkidə 4, Lənkəranda 4 binada keçiriləcək. Orta ümumtəhsil müəssisələrindən 2361 nəzarətçi-müəllimin iştirak edəcəyi imtahana 220 imtahan rəhbəri cəlb olunacaq.
N. Babayev qeyd edib ki, imtahanın gedişini işıqlandırmaq üçün 70-dək KİV nümayəndəsi TQDK-da qeydiyyatdan keçib. Bu il III qrup üzrə 30831 abituriyent ərizə təqdim edib. III ixtisas qrupu üzrə sənəd verənlərin 28151 nəfəri Azərbaycan, 2680 nəfəri isə rus bölməsinin məzunudur. Abituriyentlərin 8280 nəfərini oğlanlar, 22551 nəfərini isə qızlar təşkil edir. 16028 nəfər orta ümumtəhsil məktəblərinin builki, 12363 nəfəri əvvəlki illərin məzunudur. Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 135 abituriyent xarici ölkələrin vətəndaşıdır. 183 abituriyent ali təhsillidir və III ixtisas qrupu üzrə ikinci ali təhsil almaq arzusundadır. 2257 abituriyent orta ixtisas təhsili müəssisələrinin məzunudur. Ən yaşlı abituriyent 1956-cı, ən gənc isə 1997-ci ildəndir. Bakıda 17797, Naxçıvanda 2140, Gəncədə 3585, Sumqayıtda 3600, Şəkidə 1846, Lənkəranda 1863 abituyent imtahan verəcək. İmtahan bütün binalarda eyni vaxtda - saat 11.00-da başlayacaq və 3 saat ərzində aparılacaq.
İmtahandan dərhal sonra müstəqil ekspertlər tərəfindən III ixtisas qrupu üzrə test suallarının ekspertizası aparılacaq. Sabah saat 19.00-da "Space" telekanalında canlı yayımlananan "Abituriyent" verilişində TQDK-nın məsul əməkdaşları və ekspertləri tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları açıqlanacaq. İmtahanda istifadə olunan sualların düzgün cavabları eyni zamanda TQDK-nın saytında da yerləşdiriləcək. III ixtisas qrupu üzrə imtahan verən abiturieyntlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr qısa müddətdə TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatları həmçinin mobil telefonla 7727 nömrəsinə iş nömrələrini göndərməklə öyrənə biləcəklər.
III ixtisas qrupunda xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslara qəbul olmaq istəyən və Qabiliyyət İmtahanı Komissiyasında (QİK) qeydiyyatdan keçən abituriyentlər iyulun 18-dən 24-dək qabiliyyət imtahanı verməlidirlər.
Bütün qruplar üzrə ixtisas seçimi abituriyentlərin qəbul imtahanlarında topladıqları ballar elan olunduqdan sonra avqustun 7-dən 16-dək internet vasitəsilə aparılacaq. Tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə daxil olmaq istəyən və müsabiqə şərtlərini ödəyən abituriyentlər ali təhsil müəssislərinə yerləşdirmənin nəticələri elan olunduqdan sonra TQDK tərəfindən təyin olunacaq müddətdə elektron ərizələrinə daxil olub orta ixtisas təhsili müəssilərinin ixtisaslarını seçə bilərlər.
Milli.Az
Cəmiyyət
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Azərbaycanda ali məktəblərə qəbul imtahanları keçiriləcək
13 İyul 2012 14:06
0 Şərh
Baxış: 288

DİGƏR XƏBƏRLƏR
-
Günün qoroskopu: Ətrafınızda sizi inkişaf etdirəcək bir fikir doğa bilər
-
Rauf Hacıyevin Əbdülmənaf Hacıyev haqqında yazdığı “Baba ocağının işığı” kitabının təqdimat mərasimi keçirilib - FOTO
-
Ümidim var idi ki, sağ-salamat qayıdacaq... - Nəşi tapılan şəhidin həyat yoldaşı
-
Günün qoroskopu: Yaxşı məsləhət alın
-
ÜST-nin Azərbaycandakı nümayəndəliyi media nümayəndələri ilə bir araya gəldi - FOTOlar
-
Sözə Tanrının gözü ilə baxan adam.. - YUNUS OĞUZ - 65
XƏBƏR LENTİ
-
Həkim böyük qarının gizli təhlükələri barədə xəbərdarlıq edir
-
Mükəmməl olmağa çalışmaq psixoloji problemdir?
-
37 il deputat olan siyasətçi kirayə haqqına görə mənzilindən qovuldu
-
Bədəni elektrik stansiyası kimi işləyir: 860 volt istehsal edən balıq rekorda imza atdı
-
Bağça yaşlı uşaqlar neçə dil bilməlidir?
-
Həkim: Xərçəngdən sağ qalma nisbəti 50 il ərzində 4 dəfə artacaq
-
Mirzə Babayev kimdir? - Kəpənəyin dalınca qaçan sənətkar
-
Müğənniliyə başlayan dırnaq ustasının qazancı mübahisə yaratdı - efirdə dava düşdü - VİDEO
-
“Dedi ki, yoldaşımı vurmuşam, kömək edin” - təfərrüat - yenilənib
-
Azərbaycanlı MMA döyüşçüsü Rusiya vətəndaşlığından məhrum edildi
-
Laçında yanğın olan ərazidə partlayış baş verdi - yenilənib - VİDEO
-
Kanalda batan Dəniz respublika çempionu imiş - VİDEO
-
Günün qoroskopu: Ətrafınızda sizi inkişaf etdirəcək bir fikir doğa bilər
-
"Ülvira ilə 4 ay küsülü qaldıq" - VİDEO
-
Ronaldo 2013-cü ildə qazandığı “Qızıl top”u satdı - FOTO
-
Suriyadakı vəziyyətə dözə bilmərik, 3-4 saat ərzində... - Fidan
-
Leyla Əliyeva fotosərgi açılışında - FOTO
-
Şəhriyar Əbilov AzTV-dən ayrıldı
-
10 nömrəli forma Yamala verildi - FOTO
-
İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov birgə nahar ediblər
-
"Atası 10 il sonra qızımla görüşdü" - FOTO
-
Adnan Oktarın həbsxanadan çəkilmiş FOTOsu gündəm oldu
-
Əməkdar artist kosmetik prosedurdan sonra tanınmaz halda - VİDEO
-
Miqrantlar Rusiyaya daxil olarkən məcburi peyvənd oluna bilər - SƏBƏB