Mükəmməl olmağa çalışmaq psixoloji problemdir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Bəzi insanlar həyatda hər şeyi mükəmməl etməyə çalışırlar".
Bu sözləri klinik psixoloq Zəhra Zahidova Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, belə şəxslər üçün səhv etmək, gecikmək, yorulmaq və ya bir işi natamam qoymaq sanki qəbahət sayılır:
"Lakin hər zaman mükəmməl olma arzusu sadəcə yüksək məsuliyyət hissindən deyil, daha dərindən gələn psixoloji səbəblərdən qaynaqlanır. Mükəmməllik ehtiyacı çox zaman uşaqlıqda formalaşır.
Uşaq yalnız uğurlu olduqda, dərsində mükəmməl nəticələr göstərdikdə, itaətkar və "ağıllı" olduqda tərif və sevgi görürsə, zamanla belə bir inanc yaranır: "Sevilməyim üçün mükəmməl olmalıyam". Bu inanc insanın düşüncə sistemində kök salır və illərlə onunla birlikdə böyüyür".
Ekspertin sözlərinə görə, artıq yetkin yaşda bu insan özündən həddindən artıq gözləntilər qoyur:
"Hər şeyi qüsursuz etməyə çalışır, səhv edəndə özünü sərt tənqid edir, başqalarının rəylərinə qarşı çox həssas olur. Bir müddət sonra isə tükənir. Çünki mükəmməllik sonsuz bir yarışdır və heç vaxt dayanmaz.
Bu hal insanın gündəlik həyat keyfiyyətinə, münasibətlərinə, işinə, emosional sağlamlığına zərbə vurur. Həmişə "daha yaxşısı olmalı idi" düşüncəsi ilə yaşamaq insanı daim narahat və gərgin saxlayır".
Psixoloq vurğulayıb ki, əslində mükəmməlliyə deyil, yetərli olmağa ehtiyacımız var:
"Özümüzü sevgi və anlayışla qəbul etdikdə və səhvləri bir fürsət kimi gördükdə həyat daha yüngül olur. Çünki biz insanlar maşın deyil, ruhu olan, səhv edən və öyrənən varlıqlarıq. Daha dəqiq desək, mükəmməl olmaq məcburiyyətimiz yoxdur. Yetərli olmaq bəs edir.
Mükəmməliyyətçilik probleminin bir çox psixoloji nəticələri var. Belə ki, bu problem davamlı narahatlıq, daxili təzyiq, özünütənqid və dəyərsizlik hissi ilə özünü biruzə verir. Eyni zamanda, qərar verməyə gecikmə, ətrafdakılarla münasibətlərin soyuması, xroniki yorğunluq, emosional tükənmə və depressiya kimi simptomlarla da özünü göstərir".
Zəhra Zahidova bundan xilas yollarından da danışıb:
"İlk növbədə özünü tanımaq lazımdır. Özümüzə "Mükəmməl olmaq istəyi mənə nə verir və nə alır?" sualını verməliyik. Həmçinin, səhvlərə qarşı münasibətimizi dəyişdirməliyik. Səhvin inkişafın bir hissəsi olduğunu qəbul etmək lazımdır. Bundan başqa, özümüzə şəfqətlə yanaşmalı, yaxşı olmaq üçün mükəmməl olmağa ehtiyacımızın olmadığını dərk etməliyik.
Ümumiyyətlə, mükəmməl olmağa çalışan insanlar əslində daxildən "yetərli olmadıqlarına" inanırlar. Hesab edirəm ki, onların bunu dəyişmək üçün özlərini anlamağa, köhnə inanc və qorxularla üzləşməyə ehtiyacları var. Unutmayaq ki, mükəmməllik yox, "yetərlilik" bizi sakit və azad edir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyev İspaniyanın Kralına məktub ünvanlayıb
-
Bir həftədə 327 piyada əleyhinə mina tapıldı
-
“Zəng edib efirdən sildirirdi” - Ramiz Mehdiyevlə bağlı gözlənilməz iddia - (Video)
-
Azərbaycan Prezidenti İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub - (Foto)
-
“Ölümün bir addımlığında” kitabı işıq üzü gördü - (Foto)
-
İstanbul boğazında gəmi hərəkəti dayandırıldı
-
İranın daxili işlər naziri Azərbaycana gəlib
-
Rəqsanənin qızı Suel pilot olacaq - (Video)
-
Bakının bu rayonlarında torpaq kəskin bahalaşdı - Siyahı
-
Gümüş bahalaşdı, qızıl ucuzlaşdı
-
Kamboca Krallığının Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub - (Foto)
-
Azərbaycanda maaşlar artıb
-
Pulunu dollara dəyişmək istəyənlərin nəzərinə
-
Xəzər rayonunda nöqsanlar müzakirə edilib, bir sıra şəxslər cəzalandırılıb - (Foto)
-
Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü
-
Bərdədə avtomobil piyadanı vuraraq öldürüb
-
Neftin qiyməti kəskin ucuzlaşdı
-
“Gülə-gülə ağlamışam, gözümdən yaşlar axıb” - (Video)
-
Şadlıq sarayında 49 yaşlı kişi bıçaqlandı
-
Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq
-
Yaponların "5S" qaydası: Səliqəsizliyi 10 dəqiqədə aradan qaldırın
-
Nə türk qəhvəsi, nə də amerikano - Ən sağlam qəhvə bəlli oldu
-
Televizorda görüntü keyfiyyətini belə artırmaq olar
-
110 yaşdan çox yaşayan insanların sirri





