Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qax rayonunda iki kəndi sel suları basıb, magistral bağlanıb
30 May 2010 12:20
Baxış: 306
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanın Qax rayonunda təbii fəlakət baş verib. APA-nın yerli bürosunun məlumatına görə, mayın 29-da axşam saatlarından başlayaraq ölkənin şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti və leysan yağışlar müşahidə olunub.
Leysan yağışlar Qax rayonunda daha çox müşahidə olunub. Qax rayon Fövqaladə Hallar Komosiyasının sədri Tahir İsmayılovun APA-ya verdiyi məlumata görə, ötən axşamdan başlayaraq rayon ərazisinə yağan leysan yağışlar nəticəsində mənbəyi Böyük Qafqaz sıra dağlarının cənub ətəyindən başlayan Qapıçay çayında suyun səviyyəsi artıb. Qapıçay çayının məcrasından çıxması nəticədə rayonun 150 evi, 1000 nəfərə yaxın sakini olan Marsan kəndinin bütün evlərini və həyatyani sahələrini sel suları basıb.
Qeyd edək ki, Qapıçay çayı rayonun Ləkid, Qum, Zərnə və Marsan kəndlərinin ərazisindən keçir.
Qax rayon fövqəladə hallar komissiyasından bildirilib ki, Qapıçay çayının məcrasından çıxması nəticəsində rayonun Qarabaldır kəndini də su basıb. Kəndin ərazisindən keçən Yevlax-Balakən magistral yolunun bir hissəsi də sıradan çıxıb. Buna görə də səhər saatlarında başlayaraq bu magistralla nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Ərazidə ancaq iri həcimli avtomobillərin hərəkət etməsi qismən mümkündür.
Hazırda Qax rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev, Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə və fövqəladə hallar komissiyasının üzvləri təbii fəlakət baş vermiş ərazilərdədirlər.
Sel sularının törətdiyi fəsadların aradan qaldırılmasından sonra əraziyə baxış keçirilərək, rayona dəymiş ziyanı dəqiqləşdirmək mümkün olacaq.
Zaqatala rayon Paylayıcı Elektrik Şəbəkəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, ötən gecə yağan leysan yağşlar nəticəsində rayona gələn yüksək gərginlikli elektirik xətlərinin Qax rayonu ərazisindən keçən hissəsində qəza vəziyyəti yaranıb. Buna görə də Qax, Zaqatala və Balakən rayonlarının bir sıra ərazilərində elektirik enerjisinin verilməsində fasilələr yaranıb.
Hazırda yaranmış qəzanın aradan qaldırılması istiqamətində işlər aparır.
/APA/

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
1,4 milyon manatlıq yanacaq kimlərin cibinə gedib? - 15 nəfərlik cinayət işi
-
Vasif Talıbovun imzaladığı 47 fərman ləğv edildi
-
Tramp hind toyuqlarını əfv edib - (Video/Foto)
-
Aygün Əliyeva vəfat etdi
-
Qazinin 30 il aldığı müavinət niyə kəsilib? - (Video)
-
Andrey Arşavin “Sabah”-“Barselona” matçı üçün Bakıya gəldi
-
Azərbaycanda bu qurum ləğv edildi
-
Hava ilə bağlı son məlumat
-
Brilliant Dadaşova: “Oğlum deyirdi ki, yaxınlaşma mənə...” (Video)
-
Kəlbəcərin inkişafı təkcə dağıdılmış infrastrukturun bərpası ilə məhdudlaşmır - Kamaləddin Qafarov
-
"Giləzi-Quşçuluq" vaxtı keçmiş məhsulları satmaq istəyib - Rəhbər heyət həbs edildi (Yenilənib)
-
100 manatlıq dövlət rüsumu 25 manata endirilir - Qərar
-
Qubada “BMW” yoldan çıxaraq parkın hasarına çırpıldı - (Foto)
-
Məşhur aktrisa saxlanıldı
-
Qızıl yenidən ucuzlaşdı
-
AZAL “Sərfəli Cümə” kampaniyası elan edir!
-
Elektrikli maşınları kabelsiz şarj edə biləcəyik
-
Polşanın nüfuzlu nəşri Azərbaycan və Türkiyənin hərbi sənayəsindəki əməkdaşlığı barədə yazdı
-
Qubada avtomobilin vurduğu piyada xəstəxanada öldü
-
Mətanət Əsədova: “Böyük səhv edib müğənni olmuşam”
-
Bəlkə də evinizdə var: Bir əsrlik əsginas hərracda 1200 manata satıldı - (Foto)
-
"Brent" ucuzlaşdı
-
Meksikanın dünya şöhrətli Vaskonselos Kitabxanasına Azərbaycanla bağlı kitablar hədiyyə olundu - (Foto)
-
ÇL: “Real” PSV-ni darmadağın etdi - Nəticələr