Cəmiyyət

İşləyən şəxslərin pensiyaları necə artırılacaq?

21 Fevral 2025 23:17
Baxış: 1 496
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu il yanvarın 1-dən etibarən bütün növ əmək pensiyaları indeksləşdirilərək artırılıb.

Milli.Az xezerxeber.az-a istinadla xəbər verir ki, işləyən vətəndaşların pensiyalarında bu il iki dəfə artım olacağı gözlənilir.

Millət vəkili Vüqar Bayramov deyir ki, işləyən vətəndaşların işə başladıqdan sonra 6 ili tamam olarsa onların pensiyasında artım iki dəfə həyata keçiriləcək. Yəni həmin şəxslərin pensiyası indeksləşdirilərək artırılır.

6 ildən sonra işləyən vətəndaşın fərdi hesabının sığorta hissəsindəki məcburi dövlət sosial sığorta haqlarının 90 faizi nəzərə alınmaqla pensiya kapitalı qeydə alınır.

Məsələn, əgər vətəndaşın pensiya kapitalı 25 min manatdırsa, həmin rəqəm 72-yə bölünür və alınan məbləğ pensiyaya əlavə olunur. Bu isə imkan verir ki, əmək pensiyası alan və işləməkdə davam edən şəxslər iki dəfə artımlardan istifadə edə bilsinlər. Ümumilikdə isə əmək pensiyası hər il yanvarın 1-də indeksləşdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.