Cəmiyyət

"Telegram” işlədənlərin NƏZƏRİNƏ: Qoşulmayın

30 Yanvar 2025 06:47
Baxış: 718
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son zamanlarda "Telegram"da yeni bir dələduzluq üsulu peyda olub.

Milli.Az xəbər verir ki,  kiberdələduzlar istifadəçilərə fişinq linkləri olan mesajlar göndərərək onları aldatmağa çalışırlar.

Ekspertlər bildirirlər ki, fırıldaqçılar indiki dövrdə xüsusi gizli çatlar açırlar. Bu çatlarda istifadəçilərə hesablarının silinməsi ilə bağlı xəbərdarlıq edirlər və onlardan dəstək istəmək üçün linkə daxil olmalarını xahiş edirlər.

Lakin bu link fişinq linki olur, çünki ona daxil olduqda şəxsi məlumatlarınız (loqin, parol) oğurlanır. Nəticədə dələduzlar sizin kontaktlarınızı, fotoşəkillərinizi, videolarınızı, audio mesajlarınızı ələ keçirə bilərlər. Buna görə də ekspertlər hər hansı bir qrupa üzv olmaqdan çəkinməyi və çatlardakı linklərə daxil olmamağı məsləhət görürlər. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.