Cəmiyyət

Uşaqlara gündəlik və aylıq nə qədər xərclik verilməlidir? - VİDEO

24 Yanvar 2025 06:19
Baxış: 534
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir çox ailədə xərclik mövzusu uşaqlar və yeniyetmələr üçün müzakirə olunan əsas məsələlərdəndir.

Bəs görəsən, uşaqlara günlün və aylıq nə qədər xərclik verilməlidir?

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, sosioloq Rəşad Əsgərovun sözlərinə görə, uşaqlara xərcliyi çox və ya az vermək  doğru bir davranış deyil. Bu cür yanaşma, uşağın yoldaşları ilə özünü müqayisə etməsinə və ana-atasının onu sevmədikləri hissinə qapılmasına səbəb olur.  

Psixoloqların fikrincə, xərcliklərin nizamlı və məsuliyyətli şəkildə istifadə olunmasına xüsusi diqqət yetirilməlidir.

Mütəxəssislər qeyd edirlər ki, 6 - 10 yaş arası uşaqlara gündəlik olaraq 1-3 manat arası, 11-14 yaşlı uşaqlara həftədə 5-15 manat arası, yeniyetmələrə isə həftədə 20-30 manat arası xərclik verilməsi tövsiyə olunur.  Xərclik uşağın məsuliyyət, maliyyə idarəetməsi və dəyər anlayışını inkişaf etdirmək üçün verilən bir vasitə olmalıdır. Bu səbəbdən də xərcliyin miqdarı uşağın yaşına və ehtiyaclarına uyğun şəkildə verilməli, həm də düzgün istifadəsi izlənilməlidir.

Ddaha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.