Cəmiyyət

Xırdalanda binanın üstündə "bina" tikirlər - MTK sədri isə həbsdədir - VİDEO

17 Dekabr 2024 20:16
Baxış: 688
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xırdalanda yerləşən 17 mərtəbəli binanın 18-ci mərtəbəsində qanunsuz tikintiyə dair məsələ hələ də həll olunmayıb.

Milli.Az xəbər verir ki, bir ay əvvəl İcra Hakimiyyəti məsələdən xəbərdar olsa da, yalnız araşdırma aparılacağı bildirilmişdi. Lakin bina ərazisinə yenidən baş çəkildikdə heç bir araşdırmanın aparılmadığı məlum olub.

Binanın komendantı məsələyə dair verdiyi açıqlamada İcra Hakimiyyətinin xəbərdar olduğunu bildirib. Həmin binaya yaxın başqa bir binada da eyni qanunsuz tikinti üsulunun tətbiq edildiyi görmək olur. O binanın komendantı isə "İcazəsiz heç bir iş görülə bilməz"- deyə vurğulayıb.

Qeyd edək ki, sözügedən binanın müdiriyyəti hazırda həbsxanadadır. Məsələ ilə bağlı İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsindən yenidən aydınlıq gətirən heç bir məlumat verilmir. Bu vəziyyət qanunsuz tikintilər ilə bağlı ciddi suallar yaradır və aidiyyəti qurumların məsələni nə zaman həll edəcəyi ilə bağlı hələ də cavab gözlənilir.

Daha ətraflı süjetdən izləyə bilərsiz:

Asya
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.